Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gün – oktyabrın 1-də Yeniavaz.com xəbər saytının fəaliyyətə başlamasından 10 il ötür.
“Yeni Avaz” 2016-cı il oktyabrın 1-dən etibarən Azərbaycan informasiya məkanında fəaliyyət göstərir. “Yeni Avaz” onlayn media subyekti kimi 2022-ci ilin dekabr ayında Media Reyestrində qeydiyyata alınıb.
Fəaliyyət göstərdiyimiz 10 il ərzində ölkədə və dünyada baş verən mühüm hadisələri operativ şəkildə oxuculara çatdırmağa çalışmışıq.
Xəbərlərlə yanaşı, iqtisadiyyat, siyasət, sosial məsələlər, region, dünya, texnologiya və digər sahələr üzrə araşdırmalar da saytda dərc olunub.
Bu müddət ərzində isə əsas prinsiplərimiz informasiyaların mümkün qədər operativ, dəqiq və obyektiv şəkildə təqdim edilməsi olub.
10 il ərzində oxucu auditoriyamız da genişlənib və sayt Azərbaycanın informasiya resursları arasında özünəməxsus yer tutub.
Bizə etimad göstərən və xəbərləri “Yeni Avaz”dan izləyən bütün oxucularımıza təşəkkür edirik.
Bundan sonrakı fəaliyyətimizdə də inamınızı doğrultmağa çalışacağıq!
“Yeni Avaz”ın redaksiya heyəti