“Yeni Avaz”ın 10 yaşı tamam oldu
Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gün – oktyabrın 1-də Yeniavaz.com xəbər saytının fəaliyyətə başlamasından 10 il ötür.
“Yeni Avaz” 2016-cı il oktyabrın 1-dən etibarən Azərbaycan informasiya məkanında fəaliyyət göstərir. “Yeni Avaz” onlayn media subyekti kimi 2022-ci ilin dekabr ayında Media Reyestrində qeydiyyata alınıb.
Fəaliyyət göstərdiyimiz 10 il ərzində ölkədə və dünyada baş verən mühüm hadisələri operativ şəkildə oxuculara çatdırmağa çalışmışıq.
Xəbərlərlə yanaşı, iqtisadiyyat, siyasət, sosial məsələlər, region, dünya, texnologiya və digər sahələr üzrə araşdırmalar da saytda dərc olunub.
Bu müddət ərzində isə əsas prinsiplərimiz informasiyaların mümkün qədər operativ, dəqiq və obyektiv şəkildə təqdim edilməsi olub.
10 il ərzində oxucu auditoriyamız da genişlənib və sayt Azərbaycanın informasiya resursları arasında özünəməxsus yer tutub.
Bizə etimad göstərən və xəbərləri “Yeni Avaz”dan izləyən bütün oxucularımıza təşəkkür edirik.
Bundan sonrakı fəaliyyətimizdə də inamınızı doğrultmağa çalışacağıq!
“Yeni Avaz”ın redaksiya heyəti
Bu mövzuda digər xəbərlər:Səfir “TRT Avaz”ın yeni rəhbəri ilə görüşüb, müzakirələr aparıb
13 Fevral 2025 03:23
Onları Yeni Avaz 2 də fərqli görəcəksiniz
04 Aprel 2025 13:49
Yeni Avaz 3 15 ilini belə qeyd etdi
05 Aprel 2026 12:02
“ARAZ” FM in 15 yaşında “Yeni Avaz 3”
05 Aprel 2026 15:27
“Yeni Avaz” yazdı, Təhsil Nazirliyi səhvini düzəltdi Təfərrüat
11 Sentyabr 2026 13:53
Baxış sayı:87
Bu xəbər 01 Oktyabr 2026 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















