Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
07 fevral 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında 2024-cü ilin yekunu və 2025-ci ildə qarşıda duran vəzifələr ilə əlaqədar Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının ərazi partiya təşkilat sədrlərinin iştirakı ilə müşavirə keçirilib.
Müşavirəni giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açmış, Ulu öndər Heydər Əliyevin eləcədə Şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Seyfəddin Əliyev qeyd etmişdir ki, “Müasir Azərbaycan dövlətinin qurucusu, ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Cənab Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi bu illər ərzində Ulu Öndər Heydər Əliyevin ideyalarına və siyasi strategiyasına daim sadiq qalaraq, onları yeni çalarlarla və müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirir.
30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsi məhz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, cəsarəti və siyasi iradəsi sayəsində öz həllini tapıb.
Bizə bu günləri yaşadan, tarixi Zəfərimizə imza atan cənab Prezidentə hər zaman minnətdarıq.
Hazırda qarşıda dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağda həyatı dirçəltmək, bərpa etmək kimi mühüm və şərəfli bir vəzifə dayanır.