Icma.az
close
up
RU
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatında müşavirə keçirilib

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatında müşavirə keçirilib

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

07 fevral 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında 2024-cü ilin yekunu və 2025-ci ildə qarşıda duran vəzifələr ilə əlaqədar Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının ərazi partiya təşkilat sədrlərinin iştirakı ilə müşavirə keçirilib.

Müşavirəni giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açmış, Ulu öndər Heydər Əliyevin eləcədə Şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

Seyfəddin Əliyev qeyd etmişdir ki, “Müasir Azərbaycan dövlətinin qurucusu, ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi bu illər ərzində Ulu Öndər Heydər Əliyevin ideyalarına və siyasi strategiyasına daim sadiq qalaraq, onları yeni çalarlarla və müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirir. 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsi məhz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, cəsarəti və siyasi iradəsi sayəsində öz həllini tapıb. Bizə bu günləri yaşadan, tarixi Zəfərimizə imza atan cənab Prezidentə hər zaman minnətdarıq. Hazırda qarşıda dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağda həyatı dirçəltmək, bərpa etmək kimi mühüm və şərəfli bir vəzifə dayanır. Əminik ki, Qarabağımız cənnətə çevriləcək, soydaşlarımız doğma torpaqlarına tam qayıdacaqlar”.

Seyfəddin Əliyev bildirmişdir ki, bu gün Yeni Azərbaycan Partiyası ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfələrini əsirgəmir. 2021 -ci il martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayı partiyanın və ölkənin inkişafında yeni mərhələnin əsasını qoyub. Görülən işlər mütəmadi olaraq təhlil edilir, müvafiq nəticələr çıxarılır və müəyyən olunmuş vəzifələrə və perspektiv hədəflərə dair müzakirələr aparılır, fəaliyyət istiqamətləri müəyyənləşdirilir. Qurultayda qəbul edilən qərarlar partiyamızın inkişafı və müasir çağırışlara cavab verməsi ictimai-siyasi öhdəlikləri layiqincə yerinə yetirməsi üçün olduqca əhəmiyyətlidir.

Seyfəddin Əliyev qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı əvvəlki illərdə olduğu kimi 2024-cü il ərzində də fəaliyyətini Yeni Azərbaycan Partiyası qurultayının qarşımıza qoyduğu vəzifələri həyata keçirmək, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının tapşırıqlarını icra etmək və rayonumuzun bütün ictimai-siyasi həyatında yaxından iştirak etməkdən ibarət olmuşdur. Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı öz fəaliyyətini “Yeni Azərbaycan Partiyasının yerli təşkilatları haqqında əsasnamə”sinə eləcə də rayon təşkilatının İş Planlarına uyğun olaraq qurmuş, qarşıda duran vəzifələr uğurla icra edilmişdir. Rayon təşkilatı partiya üzvlərinin fəallıqlarının artırılması, ərazi partiya təşkilatları və partiya fəalları ilə ardıcıl və səmərəli işlərin aparılması təmin etmiş, ictimai və siyasi, gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, şəhid ailələri və qazilərə qayğı göstərilməsi istiqamətində müxtəlif layihə, tədbir və aksiyalar keçirmişdir.

Qeyd olunub ki, rayon təşkilatının 2024-cü ildəki fəaliyyətinin əsas istiqamətlərindən biri də cənab Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin gördüyü işlərin təbliğindən və cəmiyyətə çatdırılmasından ibarət olub.

Seyfəddin Əliyev onu da qeyd etmişdir ki, “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 dekabr 2023-cü il tarixində Sərəncam imzalamışdır. Sərəncamdan irəli gələn müddəaların icra edilməsi ilə bağlı təşkilatımız tərəfindən “Qarabağda həyat canlanır”, “Yaşıl dünya” və s. mövzularda ekoloji maarifləndirmə tədbirləri təşkil edilmiş, “Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqə keçirilmişdir. Keçirilmiş müsabiqənin qaliblərinə YAP Masallı rayon təşkilatı tərəfindən təşəkkürnamə və hədiyyələr təqdim olunmuşdur. Həmçinin rayon təşkilatı tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Masallı şəhərinin Viləş çayı sahilində salınmış “Vətən bağı” ərazisində ağacəkmə aksiyası təşkil etmişdir.

Seyfəddin Əliyev Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamının icrası ilə əlaqədar rayon təşkilatımızda vəzifələrin müəyyən edildiyini diqqətə çatdırdı.

Müşavirədə Bədəlan ərazi partiya təşkilatının sədri Arif Mehtiyev, Masallı Dövlət Regional Kollec ərazi partiya təşkilatının sədri Vidadi Nəzərov, Babaser ərazi partiya təşkilatının sədri Nərgiz Məmmədova və başqalarının 2024-ci ildə gördüyü işlər dinlənilmiş və qarşıda duran vəzifələr müzakirə edilmişdir.

Çıxışlardan sonra partiya həyatında fəal iştirakına görə bir qrup YAP üzvü rayon təşkilatının Fəxri Fərmanı və qiymətli hədiyyələri ilə təltif edilmişlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Fevral 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see296

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see193

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see190

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see185

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see179

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see179

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see175

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see156

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see154

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see151

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see140

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see137

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see130

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see128

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see126

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see125

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see122

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see122

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri