Yeni binalarda çıxarış problemi Məsələ öz həllini necə tapacaq? | Icma.az
Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qanunvericiliyə yenidən baxılmasına ehtiyac var "Azərbaycan Rieltorlar Assosiasiyası" İctimai Birliyinin icraçı direktoru Elnur Azadovun sözlərinə görə, çoxmənzilli binalara çıxarışların verilməsi prosesinin ləngiməsi qanunvericiliyə bağlı məsələdir: "Əslində 2019-cu ildən sonra bu proses xeyli sürətlənmişdi.
Bunun əsas səbəbi Prezidentin müvafiq fərmanı idi. Bu fərmana uyğun olaraq 2020-ci ildən başlayaraq binalar sadələşdirilmiş şəkildə istismar
Fərmanın müddəti bir il nəzərdə tutulsa da, sonrakı illərdə də tətbiq olundu.
Lakin son bir ildə bu proses dayandırılıb və binalar artıq fərmanla sadələşdirilmiş qaydada istismara qəbul edilmir".
Ekspert vurğulayır ki, məsələnin həlli üçün ya fərman yenidən qüvvəyə minməli, ya da yenilənməlidir: "Vətəndaşların mülkiyyət hüququ təmin olunmalıdır.
Hansı yolla? Bu artıq aidiyyəti dövlət qurumlarının işidir".
"Bəzi MTK-lar torpaqları özəlləşdirməyib" Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə də deyir ki, Prezidentin müvafiq fərmanından sonra çoxmənzilli binaların sənədləşdirilməsi ilə bağlı operativ işlər aparılıb: "Demək olar ki, 200-dən artıq bina üzrə işlər sürətləndirildi və sakinlər çıxarışlarla təmin olundular.
Tam oxu
Xəbəri oxu