Icma.az
close
up
RU
Yeni binalarda çıxarış problemi Məsələ öz həllini necə tapacaq?

Yeni binalarda çıxarış problemi Məsələ öz həllini necə tapacaq?

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qanunvericiliyə yenidən baxılmasına ehtiyac var

"Azərbaycan Rieltorlar Assosiasiyası" İctimai Birliyinin icraçı direktoru Elnur Azadovun sözlərinə görə, çoxmənzilli binalara çıxarışların verilməsi prosesinin ləngiməsi qanunvericiliyə bağlı məsələdir: "Əslində 2019-cu ildən sonra bu proses xeyli sürətlənmişdi. Bunun əsas səbəbi Prezidentin müvafiq fərmanı idi. Bu fərmana uyğun olaraq 2020-ci ildən başlayaraq binalar sadələşdirilmiş şəkildə istismara qəbul edilirdi. Fərmanın müddəti bir il nəzərdə tutulsa da, sonrakı illərdə də tətbiq olundu. Lakin son bir ildə bu proses dayandırılıb və binalar artıq fərmanla sadələşdirilmiş qaydada istismara qəbul edilmir".

Ekspert vurğulayır ki, məsələnin həlli üçün ya fərman yenidən qüvvəyə minməli, ya da yenilənməlidir: "Vətəndaşların mülkiyyət hüququ təmin olunmalıdır. Hansı yolla? Bu artıq aidiyyəti dövlət qurumlarının işidir".

"Bəzi MTK-lar torpaqları özəlləşdirməyib"

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə də deyir ki, Prezidentin müvafiq fərmanından sonra çoxmənzilli binaların sənədləşdirilməsi ilə bağlı operativ işlər aparılıb: "Demək olar ki, 200-dən artıq bina üzrə işlər sürətləndirildi və sakinlər çıxarışlarla təmin olundular. Amma çıxarış verilməyən binalar da var və onların müəyyən problemləri mövcuddur. Əsas məsələ təhlükəsizlikdir. Həmin binalar dövlət tərəfindən istismara qəbul edilməyib, çünki Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyləri təqdim olunmayıb".

Ekspert bildirir ki, digər problem torpaqla bağlıdır: "Bəzi Mənzil-Tikinti Kooperativləri və ya MMC-lər binanın torpaq sahəsini özəlləşdirməyiblər. Dövlət torpaqlarında bina inşa edən şirkətlər bəzən məlumat vermirlər. Hətta bununla bağlı bir sıra məhkəmə işləri də var. Dövlət qurumu həmin MTK-ları məhkəməyə verib və torpaq sahəsinin özəlləşdirilməsini tələb edib. Hüquqi məsələlər də problem yaradır. Baş Prokurorluq bəzi binalarda bir mənzilin bir neçə nəfərə satılması ilə bağlı işləri araşdırır. Ona görə də aidiyyəti qurumlar vətəndaşların təhlükəsizliyi baxımından bu binalara rəy vermirlər".

"Bu üç sənəd kifayətdir ki, çıxarış alınsın"

Mütəxəssis çoxmənzilli binalarda ev almaq istəyən vətəndaşlar üçün bir sıra vacib məqamları da sadalayır: "Ev almadan öncə mütləq həmin binanın dövlət qeydiyyatına alınıb-alınmadığı barədə müvafiq sənədi tələb etsinlər. Əgər həmin bina dövlət qeydiyyatına alınıbsa, demək orada heç bir problem yoxdur və çıxarış əldə etmək rahat olacaq. Bəzən MTK-lar özləri də bu məsələdə maraqlı olmurlar. Sənədləri gecikdirir, maliyyə arayışlarını vermirlər. Bu, onlara sərf edir və əlavə qazanc əldə edirlər. Əgər vətəndaş mənzilin ödənişini tam edib, borcunu bağlayıbsa, MTK birmənalı şəkildə ona maliyyə arayışını verməlidir. Bu baxımdan, vətəndaşlar dərhal maliyyə arayışlarını, ölçü sənədləri və binanın dövlət qeydiyyatına alınması ilə bağlı qərarın surətini tələb etməlidirlər. Bu üç sənəd kifayətdir ki, Əmlak Məsələləri Dövlət Xidməti mənzilə çıxarış versin. Dövlət qeydiyyatına alınmayan binada yerləşən mənzilə isə vətəndaş istəsə belə, çıxarış almaq mümkün deyil. Məndə olan məlumata görə, hazırda təxminən 30 belə bina mövcuddur".

"Bu prosesdə 41 komissiya rəy verməlidir"

Rieltor Nofəl Quliyev isə bildirir ki, son illərdə qanunvericilikdə edilən dəyişikliklər nəticəsində dövlət aktının alınması prosesi mürəkkəbləşib: "Hazırda bu prosesdə 41 komissiya rəy verməlidir və bu, ilk əsas səbəbdir. İkinci səbəb isə ondan ibarətdir ki, bir çox MTK rəhbəri çıxarışların verilməsini istəmir. Çünki bir mənzil bir neçə şəxsə satıldıqda MTK hər dəfə 3-5 min manat əldə edir, eyni zamanda çıxarışlı mənzillərin alqı-satqısı zamanı həmin ərazi üzrə dövlətə indeksləşmə əsasında vergi ödənilir".

Ekspert qeyd edir ki, prosesin yenidən sürətlənməsi üçün dövlət tərəfindən müvafiq tədbirlər görülməlidir: "MTK-lara müəyyən tövsiyələr verilməli, təhvil aktının verilməsi prosesi sürətləndirilməlidir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Dekabr 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see535

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see451

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see358

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see341

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see300

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see291

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see291

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see243

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see237

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see224

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see219

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see218

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see217

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see216

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see215

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see211

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see205

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see187

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see187

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri