Icma.az, Xalq qazeti saytına istinadən bildirir. Ermənistan parlamentinin siyasi stabilliyə və sülh gündəliyinə töhfə verməsi əsas gözləntil
Sessiyanın bu həftənin dörd günü ərzində keçiriləcək ilk iclasının gündəliyinə ümumilikdə 27 məsələ daxil idi.
Bunlardan doqquzu ikinci və son oxunuşda, qalanları isə birinci oxunuşda müzakirə olunub.
Qeyd edək ki, Ermənistan Milli Assambleyası ölkənin ali qanunverici orqanıdır.
Birpalatalı parlament proporsional seçki sistemi əsasında 5 il müddətinə seçilir. Parlament 107 deputat yerindən ibarətdir.
Ancaq azı 101 namizədin seçildiyi təsdiq olunarsa, parlament etibarlı hesab olunur.
2026-cı il iyunun 7-də Ermənistanda IX çağırış parlamentə seçkilər keçiriləcək.
Bundan öncəki seçkilər isə 2021-ci il iyunun 20-də keçirilib. Həmin seçkilər növbədənkənar əsaslarda baş tutub.