Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Sabah paytaxtın bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq SİYAHI

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Yeni çağırış, köhnə problemlər?

Yeni çağırış, köhnə problemlər?

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Ermənistan parlamentinin siyasi stabilliyə və sülh gündəliyinə töhfə verməsi əsas gözləntilər sırasındadır

Dünən İrəvanda səlahiyyət müddəti başa çatmaq üzrə olan VIII çağırış Ermənistan parlamentinin sonuncu sessiyası başlayıb. Sessiyanın bu həftənin dörd günü ərzində keçiriləcək ilk iclasının gündəliyinə ümumilikdə 27 məsələ daxil idi. Bunlardan doqquzu ikinci və son oxunuşda, qalanları isə birinci oxunuşda müzakirə olunub.

Qeyd edək ki, Ermənistan Milli Assambleyası ölkənin ali qanunverici orqanıdır. Birpalatalı parlament proporsional seçki sistemi əsasında 5 il müddətinə seçilir. Parlament 107 deputat yerindən ibarətdir. Ancaq azı 101 namizədin seçildiyi təsdiq olunarsa, parlament etibarlı hesab olunur.

2026-cı il iyunun 7-də Ermənistanda IX çağırış parlamentə seçkilər keçiriləcək. Bundan öncəki seçkilər isə 2021-ci il iyunun 20-də keçirilib. Həmin seçkilər növbədənkənar əsaslarda baş tutub. Çünki seçkilər ilkin olaraq 2023-cü il dekabrın 9-na təyin olunmuşdu. Ancaq 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra ölkədə yaranmış siyasi böhran və 2021-ci ilin fevralında dövlət çevrilişinə cəhd ehtimalı səbəbindən seçkilərin tarixi qabağa çəkilmişdi.

Parlamentə düşmək üçün siyasi partiyalar 5 faizlik seçki baryerini, bloklar isə 7 faizlik həddi aşmalıdırlar. Mandatlar partiyaların ölkə üzrə topladıqları səs payına uyğun bölüşdürülür. Dörd mandat milli azlıqlar (assuriyalılar, kürdlər, ruslar və yezidilər) üçün nəzərdə tutulur. Partiyalar bu dörd qrup üzrə ayrıca siyahılar təqdim edirlər. Gender kvotası isə partiya siyahılarının hər bir yuxarı hissəsində hər iki cinsin nümayəndələrinin payının azı 33 faiz olmasını tələb edir.

Əgər hər hansı partiya səslərin əksəriyyətini qazansarsa, lakin yerlərin 54 faizindən azını əldə edərsə, ona ümumi yerlərin 54 faizinə çatmaq üçün əlavə mandatlar verilir. Əgər bir partiya yerlərin 2/3-dən çoxunu qazanarsa, baryeri keçmiş məğlub partiyalara əlavə yerlər ayrılır və qalib partiyanın mandat payı 2/3 səviyyəsinə endirilir. İlkin nəticələr dərc edildikdən sonra altı gün ərzində hökumət formalaşdırılmasa, 28-ci gün iki aparıcı partiya arasında ikinci tur keçirilməlidir. İkinci turda qalib gələn partiya mandatların 54 faizinə sahib olması üçün zəruri sayda əlavə yer əldə edir, birinci turda bölüşdürülmüş bütün mandatlar isə saxlanılır.

*** 

Beş il əvvəlki seçkidə baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki müqavilə” partiyası səslərin 53,92 faizini toplayaraq parlamentdə 71 mandat qazanıb. “Hayastan” müxalif alyansı 21,04 faiz səs toplayaraq 29 mandatla ikinci yeri tutub, “Şərəfim var” alyansı isə 5,23 faiz səs və ya 7 mandat əldə edib. Heç bir digər partiya və ya alyans mandat qazanmaq üçün tələb olunan seçki baryerini aşa bilməyib. Müxalifət seçkilər zamanı saxtakarlıq hallarının baş verdiyini iddia edib. ATƏT isə seçkiləri “getdikcə daha təhrikedici ritorika ilə müşayiət olunan”, lakin “bütövlükdə müsbət qiymətləndirilən” proses kimi dəyərləndirib.

Seçkilər zamanı ekzit-poll sorğuları keçirilməyib. Səsvermə 20 iyun tarixində saat 08:00-dan 20:00-dək baş tutub. İlk məlumatlar xaricdə olan diplomatların elektron səsverməsinin nəticələri əsasında əldə edilib. Qeyd edək ki, xaricdə seçki məntəqələri yaradılmayıb. Maraqlıdır ki, “Mülki müqavilə” partiyası 163 səs, “Hayastan” alyansı isə 135 səs toplayıb. İlkin məlumatlara görə, Ermənistanda keçirilən parlament seçkilərində seçici fəallığı 49,41 faiz təşkil edib ki, bu da 1 milyon 281 min 911 nəfər deməkdir. Bütün seçki məntəqələrindən daxil olan bülletenlərin ilkin hesablanmasından sonra “Mülki müqavilə”nin 688 761, “Hayastan”ın 269 481, “Şərəfim var” alyansının 66 650 səs topladığı məlum olub.

***

VIII çağırış parlamentin fəaliyyətinin isə əsasən kəskin siyasi qarşıdurma, emosional gərginlik və müxalifətin destruktiv davranış cəhdləri ilə yadda qaldığını demək mümkündür. Bu çağırış ölkədə müharibədən sonrakı siyasi reallıqların parlament müstəvisinə daşındığı dövr oldu. İlk aylardan etibarən parlament dava-dalaşlar, təhqiramiz çıxışlar və fiziki qarşıdurmalarla gündəmə gəldi. Müxalifət fraksiyaları – xüsusilə “Hayastan” və “Şərəfim var” blokları parlamenti siyasi tribuna yox, küçə mübarizəsinin davamı kimi təqdim etməyə çalışdılar. Zalda baş verən əlbəyaxa insidentlər, iclasların bilərəkdən pozulması, spikerin tribunasının tutulması parlamentin nüfuzuna ciddi zərbə vurdu. Bununla belə, hakim çoxluq bu cəhdlərin qanunverici fəaliyyətin iflicinə çevrilməsinə imkan vermədi.

Budəfəki seçkinin əsas siyasi xəttini N.Paşinyana qarşı impiçment təşəbbüsləri təşkil etdi. Müxalifət dəfələrlə baş nazirin istefasını tələb etsə də, bu təşəbbüslər nə hüquqi, nə də siyasi baxımdan real nəticə verdi. İmpiçment üçün tələb olunan səs çoxluğu təmin olunmadı və proses daha çox siyasi şou xarakteri daşıdı. Bu, müxalifətin parlament mexanizmlərindən çox, küçə təzyiqinə ümid bağladığını bir daha nümayiş etdirdi.

Parlamentin işini pozmaq məqsədi daşıyan boykotlar və iclaslarda iştirakdan imtina da uğursuz oldu. Hakim “Mülki müqavilə” fraksiyası kvorumu təmin edərək qanunvericilik fəaliyyətini davam etdirdi. Nəticədə müxalifətin bu taktikasının özünü təcrid etməyə xidmət etdiyi aydın göründü.

VIII çağırışın mühüm məqamlarından biri də dövlət büdcəsinin müzakirələri oldu. Büdcə debatları zamanı müxalifət hökuməti sosial-iqtisadi vəziyyətə görə sərt tənqid etsə də, alternativ proqram və ya real iqtisadi konsepsiya ortaya qoya bilmədi. Hakimiyyət isə postmüharibə dövrünün prioritetlərini – təhlükəsizlik, sosial öhdəliklər və infrastruktur layihələrini əsas arqument kimi irəli sürdü və büdcə sənədləri qəbul olundu.

Xüsusi diqqət çəkən məqam baş nazirin parlametdə “hökumət saatı”ındakı çıxışları idi. Paşinyan bu platformadan həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə mesajlar vermək üçün istifadə etdi. O, müharibədən sonrakı reallıqları, sülh gündəliyini və təhlükəsizlik çağırışlarını açıq şəkildə səsləndirdi. Müxalifətin emosional hücumları fonunda Paşinyanın çıxışları daha çox siyasi sabitlik və idarəolunanlıq görüntüsü yaratmağa hesablanmışdı.

Ümumilikdə, VIII çağırış Ermənistan parlamenti konstruktiv qanunvericilikdən çox siyasi mübarizə meydanı kimi yadda qaldı. Buna baxmayaraq, müxalifətin radikal cəhdləri sistemli nəticə vermədi, parlament institutu fəaliyyətini qorudu və icra hakimiyyəti üzərində real nəzarət mexanizmləri formal müstəvidə saxlanıldı. Bu çağırış Ermənistanın siyasi yetkinlik imtahanı kimi tarixə düşdü.

Qarşıdakı çağırışdan gözləntilər əsasən parlament fəaliyyətinin daha sistemli və konstruktiv müstəviyə keçidi ilə bağlıdır. Cəmiyyətdə siyasi emosiyaların azalması, küçə ritorikasının qanunverici orqandan kənarda qalması və parlamentin əsas funksiyasına – qanunvericilik, nəzarət və debat mərkəzinə çevrilməsi gözlənilir. Yeni çağırışdan hökumət-müxalifət münasibətlərində daha rasional dialoq, büdcə və sosial-iqtisadi islahatlar üzrə real müzakirələr, təhlükəsizlik və sülh gündəliyinə dair məsuliyyətli mövqe tələb olunur. Parlamentin ictimai etimadı bərpa etməsi, siyasi stabilliyə və ən əsası Azərbaycanla sülh gündəliyinin irəli aparılmasına töhfə verməsi əsas gözləntilər sırasındadır.

Səxavət HƏMİD

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:39
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Yanvar 2026 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see280

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see275

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see222

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see214

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see210

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see201

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see196

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see192

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see184

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see179

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see175

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see171

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see165

Sabah paytaxtın bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq SİYAHI

19 Yanvar 2026 14:34see165

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see154

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see152

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see152

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see150

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see149

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri