Yeni çağırışlar, regional reallıqlar | Icma.az
Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forum müzakirəyə çıxarılan məsələlər və səsləndirilən çağırışlar baxımından hazırda geniş ictimai maraq doğurur.
Hər dövrün öz çağırışı və tələbləri var. Yeni dünya nizamının formalaşması bu gün əsas qlobal prioritetlərdən biri kimi qəbul edilir.
Bu kontekstdə Azərbaycanın qlobal sülhə və beynəlxalq sabitliyə verdiyi töhfələr xüsusi diqqət çəkir.
Forumda da Azərbaycanın düşünülmüş siyasəti nəticəsində əldə etdiyi uğurlar ön plana çəkildi.
Ölkəmizin əlverişli coğrafi mövqeyi - Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşməsi onu ölkələr və xalqlar arasında əməkdaşlıq üçün mühüm tərəfdaşa çevirir.
Tarixi Zəfərdən sonra yeni çağırışlara cavab verən forum və konfransların keçirilməsi artıq mühüm ənənəyə çevrilib.
Bu tədbirlər Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyinin güclənməsini, yürütdüyü siyasətin uğurlarını nümayiş etdirir.
Tam oxu
Xəbəri oxu