Icma.az
close
up
RU
Yeni çağırışlar, regional reallıqlar

Yeni çağırışlar, regional reallıqlar

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forum müzakirəyə çıxarılan məsələlər və səsləndirilən çağırışlar baxımından hazırda geniş ictimai maraq doğurur. Hər dövrün öz çağırışı və tələbləri var. Yeni dünya nizamının formalaşması bu gün əsas qlobal prioritetlərdən biri kimi qəbul edilir. Bu kontekstdə Azərbaycanın qlobal sülhə və beynəlxalq sabitliyə verdiyi töhfələr xüsusi diqqət çəkir.

Forumda da Azərbaycanın düşünülmüş siyasəti nəticəsində əldə etdiyi uğurlar ön plana çəkildi. Ölkəmizin əlverişli coğrafi mövqeyi - Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşməsi onu ölkələr və xalqlar arasında əməkdaşlıq üçün mühüm tərəfdaşa çevirir.
Tarixi Zəfərdən sonra yeni çağırışlara cavab verən forum və konfransların keçirilməsi artıq mühüm ənənəyə çevrilib. Bu tədbirlər Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyinin güclənməsini, yürütdüyü siyasətin uğurlarını nümayiş etdirir. Azərbaycan sabitlik məkanı kimi dəyərləndirilir və təşkilatçısı olduğu tədbirlərdə iştirak edən beynəlxalq nümayəndələrin artan sayı da bunu təsdiqləyir. Eyni zamanda ölkəmiz innovasiya və texnologiyalara önəm verən bir dövlət kimi tanınır. İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Forum iştirakçılarının bu dəfə Xankəndiyə səfəri də bu baxımdan xüsusi önəm daşıyır.
Prezident İlham Əliyevin forumdakı çıxışında qeyd etdiyi kimi, beynəlxalq ekspertlərin işğaldan azad edilmiş ərazilərə müntəzəm səfərləri onlara Azərbaycanın tarixini daha dolğun öyrənmək imkanı verir. Bu, həm də Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq dəstək olmadan öz gücünə və siyasi iradəsinə əsaslanaraq bərpa etməsinin unikal nümunəsidir. Cənab Prezidentin vurğuladığı kimi, otuz ildən artıq müddət ərzində erməni separatizminin mərkəzinə çevrilmiş Xankəndi şəhəri əslində Azərbaycanın tarixi torpağıdır və onun adı da bunu aydın şəkildə göstərir. Sovet dövründə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması bu ərazidə separatizm üçün zəmin yaratmışdı. 1923-cü ildə atılan bu addım, əslində, gələcəkdə baş verəcək gərginliklərin əsasını qoymuşdu.
Lakin Azərbaycan bu prosesi suverenliyini təmin edən, cəmi 24 saatdan az çəkən antiterror tədbirləri ilə başa çatdırdı. Forum iştirakçıları həmin ərazilərdə baş verənlərə birbaşa şahidlik etdilər. Bu baxımdan Azərbaycanın reallıqlarını daha dolğun anlamaq üçün bu səfərlər olduqca əhəmiyyətlidir.
Forumun yekunlaşmasına baxmayaraq, gündəmə gətirilən məsələlər aktuallığını qoruyur və geniş müzakirə olunur. Qlobal çağırışların Azərbaycanda müzakirəyə çıxarılması ölkəmizin beynəlxalq etimada layiq tərəfdaş kimi qəbul edildiyini, Prezident İlham Əliyevin isə bu proseslərdə fəal və təşəbbüskar mövqe tutduğunu bir daha təsdiqləyir.

Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Aprel 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see422

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see292

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see268

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see243

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see231

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see223

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see213

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see211

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see209

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see208

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see196

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see190

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see189

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see188

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see187

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see182

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see182

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see181

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see177

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri