Yeni cinsi xəstəlik peyda olub: Yeyir bitirir | Icma.az
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. Qadınların intim bölgəsində "ət yeyən" bakteriyaya rast gəlinib.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, İngiltərədə yayımlanan tibbi hesabat nadir, lakin ölümcül olan "ət yeyən bakteriya" infeksiyasının qadınların cinsiyyət orqanına da təsir edə biləcəyini üzə çıxarıb.
Shrewsbury və Telford Xəstəxanasının həkimləri vulvada inkişaf edən üç nekrotizan fasiit halını sənədləşdiriblər.
Bu infeksiya sürətlə yayılan və toxumaları məhv edən çox aqressiv bakteriya növüdür.
Xəstəlik xüsusilə immun sistemi zəif olan şəxslərdə ciddi təhlükə yaradır və vaxtında müdaxilə edilməzsə ölümcül olur.
Mikrobioloq Bill Sullivan izah edib ki, bakteriyalar dəriyə daxil olaraq əzələ, sinir və damarları əhatə edən toxumalara çatır və onları az vaxtda dağıdır.
Əgər infeksiya qan dövranına keçərsə, sepsis adlanan ağır immun cavab başlayır və bu da orqan çatışmazlığı ilə nəticələnə bilər.
Hesabatda qeyd olunub ki, birinci xəstə infeksiyadan cəmi 28 saat sonra vəfat edib.
Tam oxu
Xəbəri oxu