Icma.az
close
up
RU
Yeni cinsi xəstəlik peyda olub: Yeyir bitirir

Yeni cinsi xəstəlik peyda olub: Yeyir bitirir

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qadınların intim bölgəsində "ət yeyən" bakteriyaya rast gəlinib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, İngiltərədə yayımlanan tibbi hesabat nadir, lakin ölümcül olan "ət yeyən bakteriya" infeksiyasının qadınların cinsiyyət orqanına da təsir edə biləcəyini üzə çıxarıb.

Shrewsbury və Telford Xəstəxanasının həkimləri vulvada inkişaf edən üç nekrotizan fasiit halını sənədləşdiriblər. Bu infeksiya sürətlə yayılan və toxumaları məhv edən çox aqressiv bakteriya növüdür. Xəstəlik xüsusilə immun sistemi zəif olan şəxslərdə ciddi təhlükə yaradır və vaxtında müdaxilə edilməzsə ölümcül olur.

Mikrobioloq Bill Sullivan izah edib ki, bakteriyalar dəriyə daxil olaraq əzələ, sinir və damarları əhatə edən toxumalara çatır və onları az vaxtda dağıdır. Əgər infeksiya qan dövranına keçərsə, sepsis adlanan ağır immun cavab başlayır və bu da orqan çatışmazlığı ilə nəticələnə bilər.

Hesabatda qeyd olunub ki, birinci xəstə infeksiyadan cəmi 28 saat sonra vəfat edib. İkinci xəstədə isə labia majorada irinli infeksiya yaranıb və nəticədə üç dəfə əməliyyat olunaraq plastik cərrahiyə ilə sağalıb. Üçüncü qadın isə uşaqlıq əməliyyatı sonrası yaranan infeksiyaya yoluxub, xəstə toxuma çıxarılıb və güclü antibiotiklərlə müalicə olunaraq sağalıb.

Mütəxəssislər bildirirlər ki, bu cür infeksiya çox nadir hallarda müşahidə olunsa da, diaqnozun gec qoyulması ölüm riskini ciddi şəkildə artırır. Xəstəlik adətən travmatik dəri zədəsi, cinsi əlaqə, əməliyyat və ya pirsinqdən sonra yarana bilər. Bill Sullivan qeyd edib ki, bu infeksiyanın intim bölgədə aşkarlanması çətin olduğundan ginekoloqlar xüsusilə diqqətli olmalıdır:

"Zaman çox vacibdir. Erkən diaqnoz həyat qurtarır."

Mütəxəssislər bu təhlükəli xəstəliyə qarşı cəmiyyətdə geniş miqyaslı məlumatlandırma işlərinin aparılmasını vacib hesab edir.

İsmayıl
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 16 Aprel 2025 22:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see320

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see283

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see274

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see273

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see265

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see259

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see254

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see242

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see229

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see227

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see223

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see220

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see210

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see198

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see197

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see196

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see186

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see184

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see183

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri