Yeni doğulan uşaqlarla bağlı VACİB QƏRAR TƏBİB

27.08.2026

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yeni doğulan körpələrə peyvəndlərin valideyn razılığı olmadan vurulub-vurula bilməməsi məsələsi yenidən gündəmə gəlib. Bəs tibb müəssisəsində valideynə əvvəlcədən məlumat verilmədən peyvənd tətbiq edilərsə, bu, qanun pozuntusu sayılırmı?

"Yeni Sabah" məsələ ilə bağlı TƏBİB-in mövqeyini öyrənib.

Qurumdan "Yeni Sabah"ın sorğusuna cavab olaraq bildirib ki, "Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, vətəndaşların profilaktik peyvəndlərin zəruriliyi, onlardan imtinanın nəticələri və mümkün postvaksinal fəsadlar barədə tibb işçilərindən tam və obyektiv məlumat almaq hüququ var. pizza mizza

Qanunun 6-cı maddəsinə əsasən isə profilaktik peyvəndlər vətəndaşların razılığı əsasında aparılır. Yetkinlik yaşına çatmayan şəxslərə profilaktik peyvəndlər valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı əsasında həyata keçirilir.

Beləliklə, TƏBİB-in açıqlamasına görə, valideyn əvvəlcədən məlumatlandırılmadan və onun razılığı alınmadan uşağa profilaktik peyvənd vurulması qanunauyğun hesab olunmur.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью