Yeni doğulan uşaqlarla bağlı VACİB QƏRAR TƏBİB
Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yeni doğulan körpələrə peyvəndlərin valideyn razılığı olmadan vurulub-vurula bilməməsi məsələsi yenidən gündəmə gəlib. Bəs tibb müəssisəsində valideynə əvvəlcədən məlumat verilmədən peyvənd tətbiq edilərsə, bu, qanun pozuntusu sayılırmı?
"Yeni Sabah" məsələ ilə bağlı TƏBİB-in mövqeyini öyrənib.
Qurumdan "Yeni Sabah"ın sorğusuna cavab olaraq bildirib ki, "Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, vətəndaşların profilaktik peyvəndlərin zəruriliyi, onlardan imtinanın nəticələri və mümkün postvaksinal fəsadlar barədə tibb işçilərindən tam və obyektiv məlumat almaq hüququ var. pizza mizza
Qanunun 6-cı maddəsinə əsasən isə profilaktik peyvəndlər vətəndaşların razılığı əsasında aparılır. Yetkinlik yaşına çatmayan şəxslərə profilaktik peyvəndlər valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı əsasında həyata keçirilir.
Beləliklə, TƏBİB-in açıqlamasına görə, valideyn əvvəlcədən məlumatlandırılmadan və onun razılığı alınmadan uşağa profilaktik peyvənd vurulması qanunauyğun hesab olunmur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 27 Avqust 2026 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















