Yeni elektron rezervasiya sistemi təqdim edildi: e AHİK | Icma.az
GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) “e-AHİK” elektron rezervasiya sisteminin təqdimatı keçirilib.
Globalinfo.az xəbər verir ki, tədbirdə yollayışların verilməsində e-AHİK elektron rezervasiya sisteminin üstünlükləri haqqında məlumat verilib.
Bildirilib ki, sistem yollayışların verilməsi prosesində əlçatanlığın, şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə yaradılıb və elektron sistem vasitəsi ilə sanatoriya-kurort və istirahət mərkəzlərinə yollayışı daha asan və rahat şəkildə əldə etmək mümkün olacaq.
Qeyd olunub ki, e-AHİK sistemi üzərindən müraciət qəbul olduqda təsdiq barədə müraciət edən şəxsə məlumat verilir.
Sonra şəxsi kabinetdə ödəniş linki ilə yollayışın qismən dəyəri ödənilir və elektron yollayış müraciət edən şəxsin elektron poçt ünvanına göndərilir.
Yollayışı əldə edən şəxs elektron yollayış və şəxsiyyət vəsiqəsi ilə göstərilən tarixdə sanatoriya və ya istirahət mərkəzinə yaxınlaşır.
Həmçinin tədbirdə sistemdən istifadə qaydaları haqqında təqdimat edilib.
Tam oxu
Xəbəri oxu