Icma.az
close
up
RU
Yeni elektron rezervasiya sistemi təqdim edildi: e AHİK

Yeni elektron rezervasiya sistemi təqdim edildi: e AHİK

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) “e-AHİK” elektron rezervasiya sisteminin təqdimatı keçirilib.

Globalinfo.az xəbər verir ki, tədbirdə yollayışların verilməsində e-AHİK elektron rezervasiya sisteminin üstünlükləri haqqında məlumat verilib.

Bildirilib ki, sistem yollayışların verilməsi prosesində əlçatanlığın, şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə yaradılıb və elektron sistem vasitəsi ilə sanatoriya-kurort və istirahət mərkəzlərinə yollayışı daha asan və rahat şəkildə əldə etmək mümkün olacaq.

Qeyd olunub ki, e-AHİK sistemi üzərindən müraciət qəbul olduqda təsdiq barədə müraciət edən şəxsə məlumat verilir. Sonra şəxsi kabinetdə ödəniş linki ilə yollayışın qismən dəyəri ödənilir və elektron yollayış müraciət edən şəxsin elektron poçt ünvanına göndərilir. Yollayışı əldə edən şəxs elektron yollayış və şəxsiyyət vəsiqəsi ilə göstərilən tarixdə sanatoriya və ya istirahət mərkəzinə yaxınlaşır. Həmçinin tədbirdə sistemdən istifadə qaydaları haqqında təqdimat edilib.

Sonra ittifaq üzvlərinin əmək hüquqlarının müdafiəsi, sağlamlığının qorunması, istirahətinin təşkili istiqamətində görülən işlərdən, aparılan islahatlardan və tətbiq edilən yeniliklərdən bəhs edən video nümayiş etdirilib.

Konfederasiyanın həyata keçirdiyi “AHİK könüllüləri”, “Layiqli Əmək Səfirləri”, “Sağlamlığa doğru qaç!”, “Həmkardan həmkara qayğı ilə” layihələri barədə də ətraflı məlumat verilib, həmin layihələrdən hazırlanmış videoçarx izlənilib.

Diqqətə çatdırılıb ki, Konfederasiya tərəfindən ittifaq üzvləri üçün əlavə xüsusi endirimlər və bonuslar təqdim edən “AHİK Plus” proqramının da yaxın vaxtlarda icrasına başlanılacaq. Proqram üzvlərin sosial rifahının yüksəldilməsini, mal və xidmətlərə daha sərfəli çıxış imkanlarının yaradılmasını hədəfləyir.

Tədbirdən sonra media nümayəndələri “Kurort” Turizm İnformasiya Mərkəzi ilə tanış olublar. Məlumat verilib ki, e-AHİK sistemi üzərindən edilən müraciətlər bu Mərkəzdə emal olunur. Media nümayəndələri həmçinin Konfederasiya tərəfindən yeni yaradılan Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzində də olublar.

Bildirilib ki, Mərkəzdə ittifaq üzvlərinə əməyin hüquq və texniki müfəttişləri tərəfindən əmək münasibətlərində hüquqi məsələlərlə bağlı ödənişsiz hüquqi yardım göstərilir. Məqsəd həmkarlar ittifaqı üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsinin daha etibarlı təşkili ilə məmnunluq səviyyəsinin yüksəldilməsidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:541
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 İyun 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see549

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see408

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see275

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see272

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see263

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see260

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see246

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see234

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see233

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see233

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see226

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see226

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see222

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see221

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see216

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see189

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see183

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see181

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see178

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri