Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı–Minsk–İslamabad təmasları uğurlu perspektivə yönəlib Şanxay Əməkdaşlıq Təşkilatının Tiencin sammitində Bakının, Minskin və İslamabadın paralel təmasları geosiyasi baxımdan yeni bir xəttin cızıldığını göstərir.
Diplomatiyada təsadüflər olmur; Liderlərin bir masa ətrafında söhbəti, birgə kadrda görünməsi bəzən illərlə davam edəcək əməkdaşlığın ilkin işarəsi olur.
Azərbaycan, Belarus və Pakistan arasında baş verən yaxınlaşma da məhz bu təəssüratı yaradır.
Mövcud mənzərə fonunda sual ortaya çıxır: Bu üçlük hansı real gündəm əsasında möhkəmlənə bilər? Cavab kifayət qədər aydındır.
Enerji və ərzaq təhlükəsizliyi kimi qlobal miqyasda kəskinləşən məsələlər, yeni nəqliyyat və logistika xətləri üzərində qurulacaq əməkdaşlıq, hərbi-texniki əlaqələrin dərinləşdirilməsi və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək ehtiyacı Bakını, Minski və İslamabadı bir masa ətrafında toplayır.
Başqa sözlə, ortada, sadəcə, protokol xarakterli görüntü deyil, real zərurətdən doğan maraqların kəsişməsi dayanır.
Bakı üçün Minsk və İslamabadla yeni dialoq müstəvisinin açılması Azərbaycanın regional siyasətində təbii məntiqin davamı kimi görünür.