Icma.az
close
up
RU
Yeni geosiyasi platformanın konturları

Yeni geosiyasi platformanın konturları

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı–Minsk–İslamabad təmasları uğurlu perspektivə yönəlib

Şanxay Əməkdaşlıq Təşkilatının Tiencin sammitində Bakının, Minskin və İslamabadın paralel təmasları geosiyasi baxımdan yeni bir xəttin cızıldığını göstərir. Diplomatiyada təsadüflər olmur; Liderlərin bir masa ətrafında söhbəti, birgə kadrda görünməsi bəzən illərlə davam edəcək əməkdaşlığın ilkin işarəsi olur. Azərbaycan, Belarus və Pakistan arasında baş verən yaxınlaşma da məhz bu təəssüratı yaradır.

Mövcud mənzərə fonunda sual ortaya çıxır: Bu üçlük hansı real gündəm əsasında möhkəmlənə bilər? Cavab kifayət qədər aydındır. Enerji və ərzaq təhlükəsizliyi kimi qlobal miqyasda kəskinləşən məsələlər, yeni nəqliyyat və logistika xətləri üzərində qurulacaq əməkdaşlıq, hərbi-texniki əlaqələrin dərinləşdirilməsi və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək ehtiyacı Bakını, Minski və İslamabadı bir masa ətrafında toplayır. Başqa sözlə, ortada, sadəcə, protokol xarakterli görüntü deyil, real zərurətdən doğan maraqların kəsişməsi dayanır.

Bakı üçün Minsk və İslamabadla yeni dialoq müstəvisinin açılması Azərbaycanın regional siyasətində təbii məntiqin davamı kimi görünür. Azərbaycanın son illər qurduğu xarici siyasət xətti üç əsas dayağa söykənir: Enerji resurslarının ixracı, nəqliyyat qovşağı statusunun möhkəmləndirilməsi və geosiyasi balanslaşdırma. Məhz bu kontekstlərdə Belarus ilə iqtisadi tərəfdaşlıq, Pakistanla isə strateji müttəfiqlik üçtərəfli platforma üzərində öz aktuallığını qazanır.

Belarus Azərbaycanın Avropa ilə iqtisadi inteqrasiya imkanlarını genişləndirən mühüm tərəfdaş ola bilər. Sanksiyalar səbəbindən çıxış kanalları məhdudlaşan Minsk Bakının tranzit imkanlarından istifadə etməyə çalışarkən, Azərbaycan da bunun müqabilində Avropa bazarlarına əlavə giriş əldə edə bilər. Digər tərəfdən, Pakistanın iştirakı Bakı üçün daha geniş strateji dividendlər vəd edir. İslam dünyasında etibarlı mövqeyə malik, nüvə gücünə sahib bir dövlətlə tərəfdaşlıq Azərbaycanın beynəlxalq çəkisini artırır, eyni zamanda, Cənubi Asiyada yeni diplomatik dayaqlar yaradır.

Burada əsas məsələ ondan ibarətdir ki, Azərbaycan üçün bu format yalnız iqtisadi fayda gətirən mexanizm olacaq, yoxsa siyasi çəkisini gücləndirən daha geniş bir alətə çevriləcək? Cavab axtararkən görünür ki, qlobal ərzaq və enerji təhlükəsizliyi məsələlərinin kəskinləşdiyi bir vaxtda üçtərəfli koordinasiya Bakının beynəlxalq səhnədə reputasiyasını daha da gücləndirə bilər. Azərbaycanın həm enerji təchizatında sabitlik, həm də ərzaq təminatında yeni logistik modellər təklif etməsi ona, sadəcə, regional deyil, həm də qlobal oyunçu statusunu qazandırır.

***

Minskin strateji hesablamaları son illərin geosiyasi reallıqları ilə sıx bağlıdır. Qərbin ardıcıl sanksiya təzyiqləri Belarus iqtisadiyyatının ənənəvi çıxış yollarını kəskin məhdudlaşdırıb və Lukaşenko üçün yeni tərəfdaşların axtarışı artıq seçim deyil, zərurətə çevrilib. Belə bir şəraitdə həm siyasi etibarlılıq, həm də iqtisadi fayda gətirə biləcək iki istiqamət ön plana çıxır: Azərbaycanın tranzit imkanları və Pakistanın geniş istehlak bazarı.

Azərbaycanın Xəzər üzərindən formalaşdırdığı logistika kanalları Belarus üçün yalnız ixrac marşrutu deyil, eyni zamanda sanksiyaların yaratdığı blokadanı yarmaq üçün strateji pəncərədir. Digər tərəfdən, Pakistanın sürətlə böyüyən əhalisi və geniş bazarı Minskə istehsal potensialını reallaşdırmaq üçün əlverişli meydan təqdim edir. Burada söhbət yalnız mal mübadiləsindən getmir; Belarus öz texnologiyalarını və sənaye məhsullarını Cənubi Asiya bazarına çıxarmaqla qlobal rəqabətdə mövqeyini qismən də olsa bərpa edə bilər.

Bəs Belarus niyə məhz Bakı və İslamabadla koordinasiyanı önə çıxarır, halbuki başqa bazarlar da mövcuddur. Cavab aydındır: bu iki tərəf həm oxşar geosiyasi riskləri daşıyır, həm də Qərbin dominant təsirindən müəyyən dərəcədə kənarda hərəkət etmək imkanına malikdir. Başqa sözlə, Minsk üçün Bakı və İslamabadla əməkdaşlıq yalnız iqtisadi deyil, həm də siyasi təhlükəsizlik zonası yaradır ki, bu da Belarus diplomatiyasına öz manevr imkanlarını qoruyaraq balanslı şəkildə hərəkət etmək imkanı verir.

***

İslamabadın maraqları xüsusilə çoxşaxəlidir və bu üçtərəfli formatda onun əldə edə biləcəyi dividendlər kifayət qədər aydın görünür. Pakistan üçün Belarus ilk növbədə texnologiya və hərb sənayesi sahəsində tərəfdaş kimi əhəmiyyət daşıyır. Minsk uzun illərdir müdafiə sənayesi üzrə müxtəlif istiqamətlərdə təcrübə toplayıb və bu təcrübə İslamabad üçün silahlanmanın modernləşdirilməsi baxımından əhəmiyyətli mənbədir. Digər tərəfdən, Azərbaycan Pakistanla artıq möhkəm siyasi müttəfiqlik xətti qurub və enerji təminatında etibarlı tərəfdaş rolunda çıxış edir. Belə bir konfiqurasiya İslamabada həm regional güc statusunu möhkəmləndirmək, həm də iqtisadi şaxələnməni daha sürətlə həyata keçirmək imkanı yaradır.

Sual yaranır ki, Pakistan bu dialoqdan hansı konkret üstünlükləri əldə edə bilər? Cavab bir neçə istiqamətdə özünü göstərir. İlk növbədə, Belarusun təcrübəsi sayəsində İslamabad hərbi-texniki modernizasiyanı həyata keçirə bilər ki, bu da ona Hindistanla strateji rəqabətdə əlavə üstünlük qazandırar. Eyni zamanda, Azərbaycanın nəqliyyat və logistika imkanları Pakistanın Avrasiya məkanına çıxışını asanlaşdırır. Xəzər üzərindən keçən marşrutlar və Orta Dəhliz vasitəsilə Pakistan öz məhsullarını daha çevik şəkildə Avropa bazarlarına çıxara bilər. Bundan başqa, üçtərəfli koordinasiya ərzaq və enerji təhlükəsizliyi sahəsində də Pakistan üçün mühüm təminat rolunu oynayır. Azərbaycanın enerji resursları və Belarusun kənd təsərrüfatı potensialı İslamabadın artan daxili tələbatını qarşılamaqda əlavə dayaq nöqtəsi ola bilər. Beləliklə, Pakistan bu formatda təkcə iqtisadi qazanc əldə etmir, həm də özünü regional güc kimi təqdim etməyə yeni siyasi platforma qazanır.

***

İndi isə məsələyə daha geniş aspektdə baxaq. Qlobal kontekstdə Bakı–Minsk–İslamabad oxunun gündəmə gəlməsi, heç şübhəsiz, təsadüfi deyil. Dünyanın ərzaq böhranı, gübrə çatışmazlığı və enerji resursları ilə bağlı yaşadığı təlatümlər fonunda bu üçlüyün formalaşması bir növ təbii prosesin nəticəsi kimi görünür. Azərbaycanın nəqliyyat qovşağı rolunu getdikcə möhkəmləndirməsi, Belarusun kənd təsərrüfatı və sənaye potensialını qoruyaraq yeni bazarlara çıxış yolları axtarması, Pakistanın isə həm geniş istehlak bazarı, həm də hərbi-texniki əməkdaşlıq imkanları ilə bu sistemə qoşulması bir-birini tamamlayan elementlərdir.

Maraqlıdır, Bakı–Minsk–İslamabad üçlüyü qlobal geosiyasi oyun qaydalarına təsir göstərə bilərmi? Cavab birmənalı şəkildə “bəli” olsa da, bu təsirin xarakteri lokal olacaq. Onlar qlobal güclərin diktəsini dəyişməyə yetəcək potensiala malik deyillər, amma öz regionlarında alternativ əməkdaşlıq modelləri formalaşdıraraq, həm iqtisadi, həm də siyasi balans yarada bilərlər. Məsələ ondadır ki, beynəlxalq münasibətlər sistemində hər böyük gücün qarşısında birbaşa meydan oxumaq mümkün olmasa da, “orta güclərin” yaratdığı bu tipli ittifaqlar mövcud qaydaların işləmə mexanizmini dəyişdirə, ən azı, fərqli variantlar ortaya qoya bilər.

Nəticə etibarilə, Bakı–Minsk–İslamabad dialoqu hələ formal mexanizmə çevrilməyib, amma konturları kifayət qədər aydın görünür. Burada iqtisadi şaxələnmədən tutmuş ərzaq və enerji təhlükəsizliyi məsələlərinə, hərbi-texniki əməkdaşlıqdan beynəlxalq platformalarda qarşılıqlı dəstəyə qədər geniş gündəm mövcuddur. Azərbaycan üçün bu format yeni diplomatik körpü, Belarus üçün sanksiyalar dalğasında nəfəs yeri, Pakistan üçün isə yüksələn regional güc statusunu möhkəmləndirən sütun rolunu oynaya bilər.

Bakı–Minsk–İslamabad əməkdaşlığı regionda alternativ geosiyasi platforma rolunu oynaya biləcək strateji xəttə çevrilə biləcəkmi sualına isə cavab olaraq qeyd edə bilərik ki, mövcud dinamika və ortaq maraqlar, üçtərəfli dialoqun gələcəkdə regionda təsir mexanizmi yarada biləcək real bir platformaya çevrilmək potensialına malik olduğunu göstərir.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Sentyabr 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see320

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see267

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see226

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see223

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see220

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see218

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see217

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see217

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see213

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see213

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see210

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see200

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see198

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see192

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see190

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see181

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see178

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see177

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see177

Yeni yaranan planet aşkarlandı

23 Sentyabr 2026 22:47see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri