Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Son illərdə Azərbaycanın türk dövlətləri ilə əməkdaşlıq tendensiyasında yüksək dinamika müşahidə olunur.
Xüsusilə Mərkəzi Asiya ölkələri ilə qurulan münasibətlər strateji mahiyyət daşımağa başlayıb.
Bu, mövcud beynəlxalq reallıqlar fonunda region ölkələrinin maraqlarına tamamilə cavab verir.
Eyni dil, din, mədəniyyət və digər amillər mövcud əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində qarşıya çıxa biləcək maneələrin qısa müddətdə qarşılıqlı hörmət və anlaşma şəraitində ortadan qaldırılmasına zəmin yaradır.
Azərbaycanın Xəzərdə qonşusu olan və strateji coğrafi mövqeyə malik Türkmənistanla əlaqələrin inkişafı da Bakının prioritetləri sırasındadır.
Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir: Bugünkü əlaqələr üçün əsas zəmin Bu baxımdan iyulun 16-da Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri, Prezident İlham Əliyevlə apardığı müzakirələr xüsusi önəm daşıyır.
Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanla münasibətləri belə xarakterizə edir: "Xalqlarımızı dərin qardaşlıq ənənələri birləşdirir və müstəqillik dövründə bu əlaqələr daha da gücləndi.