Icma.az
close
up
RU
Yeni hədəflərə doğru: Fikir ayrılıqlarına son qoyan razılaşma Kaspi nin TƏHLİLİ

Yeni hədəflərə doğru: Fikir ayrılıqlarına son qoyan razılaşma Kaspi nin TƏHLİLİ

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son illərdə Azərbaycanın türk dövlətləri ilə əməkdaşlıq tendensiyasında yüksək dinamika müşahidə olunur. Xüsusilə Mərkəzi Asiya ölkələri ilə qurulan münasibətlər strateji mahiyyət daşımağa başlayıb. Bu, mövcud beynəlxalq reallıqlar fonunda region ölkələrinin maraqlarına tamamilə cavab verir. Eyni dil, din, mədəniyyət və digər amillər mövcud əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində qarşıya çıxa biləcək maneələrin qısa müddətdə qarşılıqlı hörmət və anlaşma şəraitində ortadan qaldırılmasına zəmin yaradır. Azərbaycanın Xəzərdə qonşusu olan və strateji coğrafi mövqeyə malik Türkmənistanla əlaqələrin inkişafı da Bakının prioritetləri sırasındadır.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Bugünkü əlaqələr üçün əsas zəmin

Bu baxımdan iyulun 16-da Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri, Prezident İlham Əliyevlə apardığı müzakirələr xüsusi önəm daşıyır. Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanla münasibətləri belə xarakterizə edir: "Xalqlarımızı dərin qardaşlıq ənənələri birləşdirir və müstəqillik dövründə bu əlaqələr daha da gücləndi. Biz bir çox sahələrdə uğurla əməkdaşlıq edirik və iki ölkə müstəqil siyasət apararaq gələcəyə inamla baxır. Bizim aramızdakı tarixi əlaqələr bugünkü əlaqələr üçün əsas zəmindir və əminəm ki, sizin səfəriniz bizim münasibətlərimizə yeni təkan verəcək".

Səfərin əsas məqsədi

Qurbanqulu Berdiməhəmmədov isə bildirib ki, Azərbaycana səfərinin əsas məqsədi ikitərəfli münasibətləri daha da dərinləşdirmək və inkişaf etdirmək, əldə olunan nailiyyətləri möhkəmləndirmək, yeni layihələrin və istiqamətlərin həyata keçirilməsinə əlavə stimul verməkdir: "Ümumilikdə Türkmənistan-Azərbaycan dövlətlərarası əlaqələrinin bugünkü səviyyəsini xarakterizə edərkən onları üç sözlə ifadə edərdim: qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq.

Biz möhkəm tarixi bünövrəyə, iki xalqın ortaqlığına və qohumluğuna, bir-birinə qarşılıqlı ehtiyacının olması anlayışına, xalqlarımızın və dövlətlərimizin rifahı, onların əmin-amanlığı və tərəqqisi naminə məcmu siyasi, iqtisadi, resurs potensialından istifadə etməyə hazır olmağa əsaslanırıq.

Qanunauyğun haldır ki, Türkmənistan və Azərbaycan bu gün xarici siyasətdə, siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə sanballı və geniş əməkdaşlıq gündəliyinə malikdir. Hər iki tərəfin səyləri sayəsində əməkdaşlığımız məqsədyönlülüyü və konkretliyi ilə seçilir, sabit və davamlı xarakter daşıyır, yaxşı dinamika nümayiş etdirir. Bunun əsas, həlledici amili ölkələrimizin liderləri arasında əldə edilmiş ən yüksək səviyyədə qarşılıqlı anlaşma və etimaddır. Bu, bizə ikitərəfli əməkdaşlığın bütün məsələləri üzrə düzgün və vaxtında qərarlar verməyə, əldə olunmuş razılaşmaların həyata keçirilməsini təmin etməyə imkan yaradır".

Fikir ayrılıqlarına son qoyan razılaşma

Xatırladaq ki, iki ölkə arasında diplomatik münasibətlərinin əsası 1992-ci il iyunun 9-da qurulub. Həmin vaxtdan bu günədək dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər həyata keçirilib və müxtəlif sahələr üzrə əməkdaşlıq müqavilələri imzalanıb. İki ölkə arasında münasibətlər qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsiplərinə əsaslanır. Bu gün iki ölkə həm logistika, həm də enerji sahəsində əməkdaşlıqda maraqlıdırlar. Məhz tərəflər arasında uzun müddət mübahisə predmeti olan "Dostluq" neft yatağının birgə işlənilməsi ilə bağlı 2021-ci ildə Türkmənistan və Azərbaycan arasında razılıq əldə edilib. Tərəflər bu yatağa "Dostluq" adını verməklə həm də mövcud münasibətlərin əsas mahiyyətini dünyaya nümayiş etdiriblər. Bakı və Aşqabad arasında imzalanan bu razılaşma tək iqtisadi fikir ayrılığına son qoyulduğunu yox, həm də siyasi birliyin yenidən inşa olunduğunu təcəssüm etdirir.

"Dostluq" adı verilmiş Qarabağ atı

Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə birlikdə işğaldan azad edilmiş ərazilərdə də oldu. Füzuli və Şuşaya səfər özünün zənginliyi ilə seçilməklə yanaşı, həm də daha bir türk dövləti liderinin gəlişi ilə mühüm simvolik siyasi məna da kəsb edirdi. Prezident İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədova "Dostluq" adı verilmiş Qarabağ atını hədiyyə etməsi, Şuşada Yuxarı Gövhər Ağa məscidində liderlərin birgə dua etməsi səfərə, Türkmənistanla qarşılıqlı münasibətlərin inkişafına rəsmi Bakının verdiyi dəyər və diqqətin təzahürü idi. Xatırladaq ki, Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Füzulinin baş planı ilə tanış olublar, Şuşada işğal dövründə güllələnmiş mədəniyyət və incəsənət xadimlərinin heykəllərinə də baxıblar.

İqtisadi əlaqələr statistik rəqəmlərdə

2025-ci ilin yanvar-may aylarında Azərbaycanla Türkmənistan arasında ticarət əməliyyatlarının həcmi 118,5 milyon ABŞ dollarına bərabər olub. Bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 84.5 milyon ABŞ dolları və ya 41.6% azdır.

Bu ilin yanvar-may aylarında Azərbaycana Türkmənistandan 174.4 milyon kubmetr həcmində təbii qaz idxal edilib. Türkmənistandan təbii qazın idxalı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 120.4 milyon kubmetr və ya 40.8%, dəyər ifadəsi ilə 40.7% azalıb.

Rəqəmlərdən də göründüyü kimi, Xəzərdə qonşu olan iki yaxın türk dövləti arasındakı iqtisadi əlaqələrdə son illərdə geriləmə müşahidə olunur. Təbii ki, bu cür vəziyyət hər iki tərəfi qane etmir. Son səfərin məlum mənfi tendensiyanın durdurulmasına töhfə verəcəyi proqnozlaşdırılır. Bakı və Aşqabad əlaqələrin canlanması və iqtisadi maraqların qarşılıqlı təmini istiqamətində əlavə imkanlar axtarışındadır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 İyul 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see204

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see179

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see172

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see164

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see149

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see144

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri