Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Qarşıdan gələn yeni ili bölgələrdə özəl şəkildə keçirməyə üstünlük verən insanlar az deyil.
Ancaq turizm bölgələrindəki otellərin qiyməti də "cib yandırır".
Yeni il paketi təklif edən otellərin 2 nəfərlik qiymətləri bəzi yerlərdə 2 000 - 5 000 manatadək qalxır.
Mövzu ilə əlaqədar olaraq turizm eksperti Rəhman Quliyev Redaktor.az-a bildirdi ki, qiymət artımına səbəb bölgələrə axın edən turistlərin kütləvi şəkildə olmasıdır: "Qarşıdan Yeni il gəlir və bu səbəbdən hər il olduğu kimi, ənənəvi olaraq regionlarda fəaliyyət göstərən hotellərin qiymətində artım müşahidə olunur.
Təbii ki, bölgələrə axın edən turistlərin kütləvi şəkildə olması sıxlıq yaradır və bu zaman qiymət artımı da qaçılmaz olur.
Bu gün xüsusən də dağ bölgələrinə - şimal bölgəsində Quba, Qusar, eyni zamanda Şəki, Qax, Zaqatala, Balakən, İsmayıllı və s.
rayonlara üstünlük böyükdür. Həm qar sezonu, həm də əlamətdar gündə bir həftəlik tətilin olması regionlarda böyük sıxlığa səbəb olur.