Icma.az
close
up
RU
Yeni il ərəfəsində turizm bölgələrində qiymətlər cib yandırır”

Yeni il ərəfəsində turizm bölgələrində qiymətlər cib yandırır”

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Qarşıdan gələn yeni ili bölgələrdə özəl şəkildə keçirməyə üstünlük verən insanlar az deyil. Ancaq turizm bölgələrindəki otellərin qiyməti də "cib yandırır". Yeni il paketi təklif edən otellərin 2 nəfərlik qiymətləri bəzi yerlərdə 2 000 - 5 000 manatadək qalxır.

Mövzu ilə əlaqədar olaraq turizm eksperti Rəhman Quliyev Redaktor.az-a bildirdi ki, qiymət artımına səbəb bölgələrə axın edən turistlərin kütləvi şəkildə olmasıdır:

"Qarşıdan Yeni il gəlir və bu səbəbdən hər il olduğu kimi, ənənəvi olaraq regionlarda fəaliyyət göstərən hotellərin qiymətində artım müşahidə olunur. Təbii ki, bölgələrə axın edən turistlərin kütləvi şəkildə olması sıxlıq yaradır və bu zaman qiymət artımı da qaçılmaz olur. Bu gün xüsusən də dağ bölgələrinə - şimal bölgəsində Quba, Qusar, eyni zamanda Şəki, Qax, Zaqatala, Balakən, İsmayıllı və s. rayonlara üstünlük böyükdür.

Həm qar sezonu, həm də əlamətdar gündə bir həftəlik tətilin olması regionlarda böyük sıxlığa səbəb olur. Bu gün otellərdə standart və ekonom otaqların satışı demək olar ki, bitmək üzrədir. Üst kateqoriyalı otaqlar qalıb ki, bu da otel satış siyasətinə uyğun olaraq nisbətən daha bahalı qiymətə satılır. Beləliklə, qiymətlərin artımına gətirib çıxarır".

Ekspertin sözlərinə görə, Azərbaycan hüdudlarından kənara gedən turistlərin sayında da artım müşahidə olunur:

"Bu, Azərbaycan iqtisadiyyatının günü-gündən artan inkişafından xəbər verir. İnsanların sosial rifahının yaxşılaşması sevindirici haldır ki, Azərbaycan vətəndaşları aktiv turist rolunu oynayır və potensial turistə çevrilir. İstər regionlara, istər hüdudlarımızdan kənara turistlərin getməsi ümumi olaraq Azərbaycan iqtisadiyyatına mühüm töhfə verib".

Sevinc İBRAHİMZADƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:225
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Dekabr 2024 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see364

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see334

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see325

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see295

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see292

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see275

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see271

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see255

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see252

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see242

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see232

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see225

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see216

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see203

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see197

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see196

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see182

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri