Yeni müalicə üsulu ən aqressiv xərçəngi məğlub edə bilər | Icma.az
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Alimlər beynin ən təhlükəli və sürətli yayılmağı ilə tanınan "Qlioblastoma" xərçənginin temozolomid adlı kimyəvi terapiya dərmanına qarşı necə müqavimət göstərdiyini araşdırıblar.
"Cebheinfo.az" bildirir ki, "Gene" elmi nəşrinin yazdığına görə, bu xərçəngin müalicəyə qarşı dözümlülüyünü formalaşdıran xüsusi bir molekul var.
Eksperimentlər göstərib ki, bu molekulanın istehsalını "bloklasaq", xərçəng hüceyrələri müalicəyə daha həssas olur.
Bu, yeni müalicə üsullarının inkişafına yeni bir ümid açır. Qlioblastoma beynin ən yaygın və təhlükəli xərçəng növüdür.
Bu xəstəlik çox sürətlə yayılır və müalicəyə qarşı dözümlüdür.
Cərrahiyyə, radiasiya və kimyəvi terapiya bir arada tətbiq edilsə də, xəstələrin yalnız 3-4%-i növbəti 5 il ərzində sağ qalır.
Bu zəif nəticələrin səbəbi xərçəng hüceyrələrinin dərmanlara müqavimət göstərməsidir.
Tam oxu
Xəbəri oxu