Icma.az
close
up
RU
Yeni müalicə üsulu ən aqressiv xərçəngi məğlub edə bilər

Yeni müalicə üsulu ən aqressiv xərçəngi məğlub edə bilər

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Alimlər beynin ən təhlükəli və sürətli yayılmağı ilə tanınan "Qlioblastoma" xərçənginin temozolomid adlı kimyəvi terapiya dərmanına qarşı necə müqavimət göstərdiyini araşdırıblar. 

"Cebheinfo.az" bildirir ki, "Gene" elmi nəşrinin yazdığına görə, bu xərçəngin müalicəyə qarşı dözümlülüyünü formalaşdıran xüsusi bir molekul var.

Eksperimentlər göstərib ki, bu molekulanın istehsalını "bloklasaq", xərçəng hüceyrələri müalicəyə daha həssas olur. Bu, yeni müalicə üsullarının inkişafına yeni bir ümid açır. 

Qlioblastoma beynin ən yaygın və təhlükəli xərçəng növüdür. Bu xəstəlik çox sürətlə yayılır və müalicəyə qarşı dözümlüdür. Cərrahiyyə, radiasiya və kimyəvi terapiya bir arada tətbiq edilsə də, xəstələrin yalnız 3-4%-i növbəti 5 il ərzində sağ qalır. Bu zəif nəticələrin səbəbi xərçəng hüceyrələrinin dərmanlara müqavimət göstərməsidir. 

Məsələn, "STAT3" adlı zülalın dərmanlara qarşı dözümlülükdə rolu olduğu məlumdur. Bu zülalı bloklamaqla xərçəngin dözümlülüyünü sındırmaq mümkün ola bilər, amma bu, immun sisteminə də mənfi təsir göstərə bilər. Rusiyanın V.A. Engelhardt adına Molekulyar Biologiya İnstitutundan olan alimlər isə daha təhlükəsiz bir yanaşma təklif ediblər. Onlar “enhancer RNT” adlı molekulaya müdaxilə təklif edirlər. 

Bu molekul STAT3 zülalından fərqli olaraq, sağlam toxumalarda demək olar ki, mövcud deyil. Ona görə də bu molekulanın bloklanması yan təsirlərə səbəb olmur. Eksperimentlər göstərib ki, "enhancer RNT"-ni bloklayanda, "STAT3" zülalının miqdarı azalır və bu da xərçəngin temozolomid dərmanına daha həssas olmasına səbəb olur. Bu yeni yanaşma müalicənin daha effektiv və yan təsirsiz olmasına imkan yaradır. 

Səbinə Uğur 
"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Fevral 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri