Yeni nəsillərin liderlik üslubları: Gələcəyin iş dünyasında gözlənilən BÖYÜK DƏYİŞİKLİKLƏR…
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq. Nəsillər “böyük nəsil” (1910-1924-cü illər), “səssiz nəsil” (1925-1945-ci illər), “körpə
Onların içərisində xüsusilə indiki dövrün gəncləri olan “Z nəsli” olaraq adlandırılan insanlar daha çox müzakirələrə səbəb olur.
Onlar dinamik, özlərini ifadə edə bilən, əyləncəli, ağıllı və qıvraq zəkaya malik insanlar kimi xarakterizə olunsalar da, onlar arasında diqqətsiz, aqressiv, əsəbi və azadlıqlarına düşkün olanlar da var.
"Z" adlandırılan yeni nəsli digər nəsillərdən nə ilə fərqlənir?
Mövzu ilə bağlı şüuraltı üzrə uzman, şəxsi inkişaf üzrə kouç, beynəlxalq dərəcəli təlimçi İlahə Adil Moderator.az-a danışdı.
Bildirdi ki, 21-ci əsr dünyasında liderlik və idarəetmə anlayışı sürətlə dəyişir: "Xüsusən, millenniallar Gen Y və Gen Z nəsilləri, iş dünyasında və cəmiyyətin müxtəlif sahələrində öz inqilabi yanaşmaları ilə diqqət çəkirlər.
Bu yeni nəsillərin idarəetmə üslubları və liderlik xüsusiyyətləri, müasir iş dünyasında daha çevik, müstəqil və texnoloji baxımdan inkişaf etmiş bir mühitin formalaşmasına səbəb olur.
Gen Y (1981-1996) və Gen Z (1997-2012) liderlərinin idarəetmə üslublarını nəzərdən keçirərək, bu nəsillərin gələcəkdəki liderlik yanaşmalarını daha yaxşı anlamağa çalışaq.
Tam oxu
Xəbəri oxu