Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Hindistanda yeni ölümcül virusun yayılması və Ümumdünya Səhiyyə Təşkilatının mümkün yeni pandemiya riski ilə bağlı xəbərdarlığı ciddi narahatlıq doğurur.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən tibb eksperti Şahvələd Məmmədov bildirib ki, söhbət Nipah virusundan gedir.
“Bu virus adətən yarasalardan insanlara keçir və ya yarasalardan donuzlara və digər heyvanlara yoluxma nəticəsində həmin canlıların ifrazatından, yaxud yarasaların ifrazatından çirklənmiş meyvələrdən istifadə edildikdə insana yoluxa bilər. Hindistanın Bengal ştatında virus artıq yayılmağa başlamışdır və orada bir neçə ölüm hadisəsi qeydə alınmışdır”, — deyə ekspert bildirib.
Şahvələd Məmmədov əlavə edib ki, virus çox təhlükəlidir, lakin qlobal miqyasda yayılma ehtimalı azdır:
“Çünki Hindistan artıq əks-epidemik tədbirlər görməyə başlayıb və ciddi tədbirlər sayəsində virusun yayılma ehtimalı məhdudlaşdırılacaq. Azərbaycan səhiyyə sistemi baxımından sərhədlərin bağlı olması kütləvi insan axınının qarşısını alıb. Buna baxmayaraq, Nipah virusu ölkəmiz üçün bir siqnal rolunu oynayır və ciddi şəkildə nəzərə alınacaq”.
Ekspert onu da vurğulayıb ki, hal-hazırda Nipah virusunun peyvəndi yoxdur, müalicə isə yalnız simptomlara əsaslanır.
Qeyd edək ki, virusla bağlı qabaqlayıcı tədbirlərin görülməsi və məlumatlandırma, ölkəmizdə səhiyyə sistemi üçün əlavə hazırlıq tədbirləri baxımından əhəmiyyətlidir.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən tibb eksperti Şahvələd Məmmədov bildirib ki, söhbət Nipah virusundan gedir.