Yeni ölümcül virus yayılıb Maska taxmaq məcburi olacaq?
Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Hindistanda yeni ölümcül virusun yayılması və Ümumdünya Səhiyyə Təşkilatının mümkün yeni pandemiya riski ilə bağlı xəbərdarlığı ciddi narahatlıq doğurur.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən tibb eksperti Şahvələd Məmmədov bildirib ki, söhbət Nipah virusundan gedir.
“Bu virus adətən yarasalardan insanlara keçir və ya yarasalardan donuzlara və digər heyvanlara yoluxma nəticəsində həmin canlıların ifrazatından, yaxud yarasaların ifrazatından çirklənmiş meyvələrdən istifadə edildikdə insana yoluxa bilər. Hindistanın Bengal ştatında virus artıq yayılmağa başlamışdır və orada bir neçə ölüm hadisəsi qeydə alınmışdır”, — deyə ekspert bildirib.
Şahvələd Məmmədov əlavə edib ki, virus çox təhlükəlidir, lakin qlobal miqyasda yayılma ehtimalı azdır:
“Çünki Hindistan artıq əks-epidemik tədbirlər görməyə başlayıb və ciddi tədbirlər sayəsində virusun yayılma ehtimalı məhdudlaşdırılacaq. Azərbaycan səhiyyə sistemi baxımından sərhədlərin bağlı olması kütləvi insan axınının qarşısını alıb. Buna baxmayaraq, Nipah virusu ölkəmiz üçün bir siqnal rolunu oynayır və ciddi şəkildə nəzərə alınacaq”.
Ekspert onu da vurğulayıb ki, hal-hazırda Nipah virusunun peyvəndi yoxdur, müalicə isə yalnız simptomlara əsaslanır.
Qeyd edək ki, virusla bağlı qabaqlayıcı tədbirlərin görülməsi və məlumatlandırma, ölkəmizdə səhiyyə sistemi üçün əlavə hazırlıq tədbirləri baxımından əhəmiyyətlidir.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Bu ölkədə ölümcül virus yayılıb
05 Fevral 2025 16:02
Azərbaycanda ölümcül virus yayılıb: Peyvəndləmə vacibdir
23 İyun 2025 12:19
Uşaqlar arasında ölümcül virus yayılıb? Pediatrdan xəbərdarlıq
22 Dekabr 2025 22:11
Hindistanda yeni ölümcül virus aşkar edildi
28 Yanvar 2025 16:29
ABŞ də ölümcül yataq böcəkləri yayılıb
17 Sentyabr 2025 20:49
Baxış sayı:73
Bu xəbər 26 Yanvar 2026 14:43 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları