Yeni Papa, gizli söhbətlər və dünya liderləri: Zelenski mərasimdə kimlə görüşəcək? | Icma.…
Icma.az, GlobalInfo saytına istinadən bildirir. Bazar günü Vatikan yeni seçilmiş Roma Papası XIV Leo üçün təşkil olunacaq andiçmə ayini ilə
Dünya liderlərinin bir araya gələcəyi bu mərasimdə Ukraynanı Prezident Volodimir Zelenski təmsil edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Zelenskini səfərdə həyat yoldaşı Olena Zelenska, Prezident Aparatının rəhbəri Andrey Yermak və Ukraynanın xarici işlər naziri Andrey Sibiqa müşayiət edəcək.
Məlumata görə, Zelenskinin tədbir çərçivəsində bir sıra dünya liderləri ilə qapalı və qeyri-rəsmi görüşlər keçirməsi planlaşdırılır.
Qeyd edək ki, ABŞ-ı mərasimdə vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubio təmsil edəcək.
Həmçinin İtaliya, Kanada, Avstraliya baş nazirləri, Almaniya Kansleri Fridrix Mertz və Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenin də mərasimə qatılacağı gözlənilir.
Aysel Əliyeva Globalinfo.az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu