Yeni Papa, gizli söhbətlər və dünya liderləri: Zelenski mərasimdə kimlə görüşəcək?
Icma.az, GlobalInfo saytına istinadən bildirir.
Bazar günü Vatikan yeni seçilmiş Roma Papası XIV Leo üçün təşkil olunacaq andiçmə ayini ilə böyük bir diplomatik hadisəyə ev sahibliyi edəcək. Dünya liderlərinin bir araya gələcəyi bu mərasimdə Ukraynanı Prezident Volodimir Zelenski təmsil edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Zelenskini səfərdə həyat yoldaşı Olena Zelenska, Prezident Aparatının rəhbəri Andrey Yermak və Ukraynanın xarici işlər naziri Andrey Sibiqa müşayiət edəcək.
Məlumata görə, Zelenskinin tədbir çərçivəsində bir sıra dünya liderləri ilə qapalı və qeyri-rəsmi görüşlər keçirməsi planlaşdırılır.
Qeyd edək ki, ABŞ-ı mərasimdə vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubio təmsil edəcək. Həmçinin İtaliya, Kanada, Avstraliya baş nazirləri, Almaniya Kansleri Fridrix Mertz və Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenin də mərasimə qatılacağı gözlənilir.
Aysel Əliyeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 17 May 2025 18:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















