Yeni Papa o seçildi İlk dəfə amerikalı

08.05.2025

Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Robert Prevost yeni Roma Papası seçilib.
Yeniavaz.com
xəbər verir ki, o, tarixdə 267-ci papa, Yeni Dünyanın ikinci papası (sələfi Fransiskdən sonra) və ilk amerikalı oldu.
Seçildikdən qısa müddət sonra o, Müqəddəs Pyotr Bazilikasının mərkəzi pəncərəsində möminlərin qarşısına çıxdı və burada qısa bir ənənəvi dua oxuyub. Bundan əvvəl kardinallardan biri ənənəvi olaraq “Habemus papam”ı elan edib. Bu da latın dilindən tərcümədə “Bizim Papamız var” deməkdir.
Yeni papa XIV Leo adını alıb. Robert Prevost 69 yaşındadır və əslən Çikaqodandır. 1982-ci ildə keşiş təyin edilib.
Qeyd edək ki, Papa dördüncü cəhddə seçilib. 
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью