Yeni Papa o seçildi İlk dəfə amerikalı
Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Robert Prevost yeni Roma Papası seçilib.
Yeniavaz.com xəbər verir ki, o, tarixdə 267-ci papa, Yeni Dünyanın ikinci papası (sələfi Fransiskdən sonra) və ilk amerikalı oldu.
Seçildikdən qısa müddət sonra o, Müqəddəs Pyotr Bazilikasının mərkəzi pəncərəsində möminlərin qarşısına çıxdı və burada qısa bir ənənəvi dua oxuyub. Bundan əvvəl kardinallardan biri ənənəvi olaraq “Habemus papam”ı elan edib. Bu da latın dilindən tərcümədə “Bizim Papamız var” deməkdir.
Yeni papa XIV Leo adını alıb. Robert Prevost 69 yaşındadır və əslən Çikaqodandır. 1982-ci ildə keşiş təyin edilib.
Qeyd edək ki, Papa dördüncü cəhddə seçilib.

Yeni Papa seçildi
08 May 2025 20:17
Tarixdə ilk dəfə... Yeni Papa kimdir?
08 May 2025 21:47
İlk amerikalı Papa ölkəmiz üçün şərəfdir
08 May 2025 21:50
Yeni Papa ilk səfərini Türkiyəyə edəcək
25 Aprel 2025 22:00
Vatikanda ilk gün uğursuz oldu Yeni Papa seçilmədi
07 May 2025 23:37

