Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır. Yola saldığımız 2024-cü il elmdə bir sıra nailiyyətlərlə əlamətdar olub.
Oxu.Az onların bir neçəsini oxucuları üçün toplayıb: Yanvar Dünyada bir ilk: İnsan beyninə çip yerləşdirildi ABŞ-li milyarder İlon Maskın "Neuralink" neyrotexnologiya şirkəti yanvarın 29-da ilk dəfə olaraq insan beyninə çip yerləşdirib.
Bununla bağlı paylaşım edən şirkət rəhbəri prosesin yaxşı getdiyini qeyd edib.
Sahibkar əlavə edib ki, "Neuralink"in ilk məhsulu "Telepatiya" adlanır.
O, insana düşüncə gücü ilə telefonu və kompüteri idarə etməyə imkan verəcək.
"İlk istifadəçilər ətraflarına nəzarəti itirmiş insanlar olacaqlar.
Təsəvvür edin ki, Stiven Hokinq sürətli makinaçıdan və ya auksionçudan daha tez özünü ifadə edə bilir. Məqsəd budur", - İ.Mask əlavə edib.
Yanvar ayında digər mühüm elmi hadisələr 5 yanvar - Çin ilk dəfə elektrikli təyyarənin sınağını keçirdi.