Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.
Deyəsən, xalqımız Sahil Babayevi gündüz “əli çıraqlı” axtarmalı olacaq Azərbaycanda vətəndaşların ən çox narazı olduğu, eynilə ən çox şikayət olunan rəsmi qurumun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olduğu şübhəsizdir.
Buna hardasa normal yanaşmaq olar, çünki əhalinin xüsusilə imkansız təbəqəsi ilə məhz bu qurum məşğul olur.
Bu zaman isə haqlı və yaxud haqsız şikayətlərin ortaya çıxması anlaşılandır.
Çünki bu quruma müraciət edən onminlərlə, bəlkə də yüzminlərlə vətəndaşın hamısını razı salmaq mümkün deyil.
Amma çox təəssüflə qeyd edirik ki, Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilən gündən bu qurumdan haqlı şikayətlərin sayı surətlə artmağa başladı.
Büdcəni doldurmaq, daha dəqiq desək xalqın pulunu onun özünə xərcləməmək üçün bütün yollara əl atıldı.
Çarəsiz, bir qarın çörəyə möhtac insanlar ölümə tərk edildi.