Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Saça yapışan saqqızdan qurtulmağın yolları

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Yeni “sosnazir” sələfinin atasına rəhmət oxutdurur

Yeni “sosnazir” sələfinin atasına rəhmət oxutdurur

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Deyəsən, xalqımız Sahil Babayevi gündüz “əli çıraqlı” axtarmalı olacaq

Azərbaycanda vətəndaşların ən çox narazı olduğu, eynilə ən çox şikayət olunan rəsmi qurumun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olduğu şübhəsizdir. Buna hardasa normal yanaşmaq olar, çünki əhalinin xüsusilə imkansız təbəqəsi ilə məhz bu qurum məşğul olur. Bu zaman isə haqlı və yaxud haqsız şikayətlərin ortaya çıxması anlaşılandır. Çünki bu quruma müraciət edən onminlərlə, bəlkə də yüzminlərlə vətəndaşın hamısını razı salmaq mümkün deyil.

Amma çox təəssüflə qeyd edirik ki, Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilən gündən bu qurumdan haqlı şikayətlərin sayı surətlə artmağa başladı. Büdcəni doldurmaq, daha dəqiq desək xalqın pulunu onun özünə xərcləməmək üçün bütün yollara əl atıldı. Çarəsiz, bir qarın çörəyə möhtac insanlar ölümə tərk edildi. Ümumiyyətlə, vətəndaşlara insan gözü ilə yanaşılmadı, müxtəlif bəhanələrlə minlərlə, onminlərlə insan açlığa, səfalətə sürükləndi.

Sahil Babayev bu “xidmətləri”nin qarşılığında daha yüksək vəzifə ilə mükafatlandırılsa da, yeni “sosnazir”in sələfindən daha rəhmli olacağı güman edilirdi. Ən azı ona görə ki, onun qanında erməni qarışığı yoxdur, millətimizin bir fərdidir. Amma necə deyərlər, “sən saydığını say, gör fələk nə sayır”.

Belə ki, son günlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən şikayətlərin artması, ən əsası isə insanların haqsız yerə süründürməçiliyə məruz qoyulması faktları artdığından, istər-istəməz belə düşünməyə məcbur oluruq ki, deyəsən, Anar Əliyev sələfinin ölənlərinə rəhmət oxutdurmağa gəlib. Belə getsə, xalqımız Sahil Babayevi gün işığında “əli çıraqlı” axtaracaq.

Hörmətli oxucularımızın diqqətinə çatdıraq ki, bir neçə ay əvvəl Azərbaycan Respublikasının vətəndaşı Əliyeva Nuranə Azad qızı redaksiyamıza müraciət edərək, Əmək və Əhalinin Sosial Nazirliyindən olan şikayətini dilə gətirmişdi. Xarici ölkə vətəndaşı olan həyat yoldaşının günəmuzd fəhləlik etdiyini bildirən N.Əliyeva qeyd etmişdi ki, iki azyaşlı uşaqları ilə yataqxanada çox acınacaqlı vəziyyətdə yaşayırlar. Onun sözlərinə görə, həyat yoldaşının aylıq gəliri təxminən 350 manat olur ki, bununla da 4 nəfərin dolanması olduqca çətindir.

Bu səbəbdən o, 2023-cü ilin ikinci yarısında ünvanlı sosial yardım almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Müraciəti araşdırıldıqdan sonra ona 1 illik ünvanlı sosial yardım ayrılması ilə bağlı qərar qəbul edilib. Bu müddət başa çatdıqdan sonra N.Əliyeva yenidən müvafiq sənədləri toplayaraq, nazirliyə təqdim edib. Təxminən 2 ay sonra qurumun “qaynar xətti” ilə əlaqə saxladıqda ona bildirilib ki, həyat yoldaşı xarici vətəndaş olduğu, ən əsası rəsmi iş yeri olmadığı üçün ona ünvanlı sosial yardım verilə bilməz. Bu zaman N. Əliyeva haqqlı olaraq sual verib ki, əgər həyat yoldaşının rəsmi gəliri olmadığı üçün ona ünvanlı sosial yardım düşmürsə, bəs 2023-cu ildə nə üçün müraciətinə müsbət cavab verilib? Təəssüf ki, qurumun məsul əməkdaşı bu sualı cavablandırmaqda aciz qalıb.

Qeyd edək ki, N.Əliyevanın “Hüriyyət” ə müraciəti ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdiliyə sorğu ünvanladıq. O, əməkdaşımıza yazılı cavabında qeyd etdi ki, N.Əliyevaya imtina verilməsi nazirliyə təqdim olunan sənədlərdə həyat yoldaşının xarici vətəndaş olduğunu qeyd etməməsi ilə bağlıdır, təkrar müraciət etsin:

“Əliyeva Nuranə Azat qızının ünvanlı dövlət sosial yardımla bağlı elektron sistemə sonuncu müraciəti 6 noyabr 2024-cü il tarixində olub. Müraciətə əsasən ailənin maddi-məişət şəraitinin müayinəsi həyata keçirilsə də, imtina qərarı sistem tərəfindən verilib. İmtinaya səbəb əmək qabiliyyətli üzv olan Ramil Alıevin orta aylıq gəlirinin özündən asılı olan səbəblərə görə sıfıra bərabər olması olub.  Belə ki, həmin şəxs ərizə-bəyannamədə əcnəbi olaraq qeyd edilmədiyindən sistem tərəfindən ailə üzvündə nəzərə alınaraq məşğulluğunun olmaması səbəbi ilə imtina qərarı verilib.

Qeyd edək ki, ailənin  yardımla bağlı 2023-cü ildə olan təyinat statuslu müraciətində R.Alıevin əcnəbi olması barədə məlumat ərizə-bəyannamədə qeyd edilmişdir. Bu səbəblə həmin şəxs ailə tərkibində nəzərə alınmadığından məşğulluğu yoxlanılmamış və təyinat qərarı verilmişdir.

Ailə yardımla bağlı yenidən müraciət edərkən R.Alıevin əcnəbi olması barədə məlumatı ərizə-bəyannamədə qeyd edərsə, ailənin hüququna yenidən baxılacaq və bu səbəbdən çətinlik yaranmayacaq”.

Maraqlıdır ki, R. Mehdilinin məlum açıqlamasından sonra yenidən DOST mərkəzinə müraciət edən N.Əliyevaya bu dəfə də imtina cavabı verilib. Üstəlik, qurumun əməkdaşı onu təhdid edərcəsinə bildirib ki, 2023-cu ildə ona ayrılan sosial yardım “qanunsuz olub”, bu səbəbdən geri alına bilər.

Təbii ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yetkili əməkdaşının vətəndaşla bu cür davranışı onu narahat etməyə bilməzdi. Görəsən, o, kimdən cəsarət alıb, vətəndaşla bu cür danışır?!

Ən dəhşətlisi isə odur ki, bu qurumun vəzifəli şəxsi olan Rəşad Mehdilinin mətbuata rəsmi açıqlamasında vətəndaşın haqlı olduğu dolayısı ilə öz təsdiqini tapsa da, nazirliyin müvafiq qurumu çarəsiz xanımı təhdid edir, onunla şantaj dilində danışır. Bütün bunlar isə bir daha onu deməyə əsas verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən vətəndaşlarımız hələ “çox çəkəcək”. Görünür, yeni “sosnazir”in sələfinin erməni qohumlarına belə, rəhmət oxudacağı haqda şübhələrimiz heç də əsassız deyil.

Jalə FAMİLQIZI

Redaksiyadan: Aidiyyətu qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 14 Fevral 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see248

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see207

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see202

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see185

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see177

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see164

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see163

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see155

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see139

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see136

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri