Yeni Suraxanı qəsəbəsinin bəzi küçələri zülmət içindədir: Dörd gündür işıq yoxdur | Icma.a…
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakının Suraxanı rayonunda, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsi ətrafında artıq neçə gündür ki, küçə işıqları yanmır.
Bununla bağlı Oxu.Az-a müraciət daxil olub. "Bura 89 nömrəli məktəbin yaxınlığıdır.
Artıq dörd günə yaxındır ki, bu ərazidə küçələr işıqlandırılmır.
Günün qaranlıq saatlarında küçədə hərəkət narahatlıq yaradır", - deyə müraciətdə bildirilir.
Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq fakt təsdiqlənib.
Bildirilib ki, sözügedən ərazidə elektrik enerjisi havaların kəskin dəyişməsi səbəbindən kəsilib.
"Məsələ ilə bağlı Suraxanı rayon Küçə İşıqları Texniki İstismar İdarəsinə müraciət olunub.
Tam oxu
Xəbəri oxu