Yeni Suraxanı qəsəbəsinin bəzi küçələri zülmət içindədir: Dörd gündür işıq yoxdur
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakının Suraxanı rayonunda, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsi ətrafında artıq neçə gündür ki, küçə işıqları yanmır.
Bununla bağlı Oxu.Az-a müraciət daxil olub.
"Bura 89 nömrəli məktəbin yaxınlığıdır. Artıq dörd günə yaxındır ki, bu ərazidə küçələr işıqlandırılmır. Günün qaranlıq saatlarında küçədə hərəkət narahatlıq yaradır", - deyə müraciətdə bildirilir.
Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq fakt təsdiqlənib.
Bildirilib ki, sözügedən ərazidə elektrik enerjisi havaların kəskin dəyişməsi səbəbindən kəsilib.
"Məsələ ilə bağlı Suraxanı rayon Küçə İşıqları Texniki İstismar İdarəsinə müraciət olunub. Əraziyə elektrik enerjisinin verilməsi bu axşam təmin olunacaq", - deyə qurumun açıqlamasında bildirilib.
Əzizə İsmayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 26 Fevral 2025 16:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















