Yeni tikilən binalarda sərt qaydalar olmalıdır Komitə iclası | Icma.az
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Kombi sistemi ləğv olunsun, idarəçilik MTK-lardan alınsın"“Binanı tikirlər, 15 il keçir, liftdə təmir yox.
Yaşlı insanlar 12-ci mərtəbəyə piyada qalxır"“Azərbaycanda mənzillərdə istilik sistemlərinin sayğaclaşdırılması texniki cəhətdən mümkün deyil.
Bunun üçün bütün mənzillərin otaqlarındakı batareyaların üzərinə xüsusi qurğular - datçiklər yerləşdirilməlidir.
Bu isə kifayət qədər bahalıdır. Bunun həyata keçirilməsi Azərbaycan reallığında mümkün deyil”.
Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında “Azəristiliktəchizat” ASC-nin sədr əvəzi İlham Mirzəyev deyib.
Sədr bildirib ki, buna görə də binaya verilən enerji sərfiyatını dəqiqləşdirmək üçün mənzillərə deyil, binaya sayğac qoyulmasını təklif edirlər: "Bununla binaya verilən enerjinin miqdarı mənzillərin sayına uyğun olaraq bölünəcək və onun həcmi müəyyən ediləcək".
İlham Mirzəyev bildirib ki, "Azəristiliktəchizat" bu gün subsidiya ilə işləyir, sirr deyil ki, bizdə tariflər aşağıdır.
Tam oxu
Xəbəri oxu