Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Yeni tikilən binalarda sərt qaydalar olmalıdır Komitə iclası

Yeni tikilən binalarda sərt qaydalar olmalıdır Komitə iclası

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Kombi sistemi ləğv olunsun, idarəçilik MTK-lardan alınsın"

“Binanı tikirlər, 15 il keçir, liftdə təmir yox. Yaşlı insanlar 12-ci mərtəbəyə piyada qalxır"


“Azərbaycanda mənzillərdə istilik sistemlərinin sayğaclaşdırılması texniki cəhətdən mümkün deyil. Bunun üçün bütün mənzillərin otaqlarındakı batareyaların üzərinə xüsusi qurğular - datçiklər yerləşdirilməlidir. Bu isə kifayət qədər bahalıdır. Bunun həyata keçirilməsi Azərbaycan reallığında mümkün deyil”. 

Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında “Azəristiliktəchizat” ASC-nin sədr əvəzi İlham Mirzəyev deyib. Sədr bildirib ki, buna görə də binaya verilən enerji sərfiyatını dəqiqləşdirmək üçün mənzillərə deyil, binaya sayğac qoyulmasını təklif edirlər: "Bununla binaya verilən enerjinin miqdarı mənzillərin sayına uyğun olaraq bölünəcək və onun həcmi müəyyən ediləcək". İlham Mirzəyev bildirib ki, "Azəristiliktəchizat" bu gün subsidiya ilə işləyir, sirr deyil ki, bizdə tariflər aşağıdır. O bildirib ki, bu gün subsidiyanın mərhələli şəkildə azaldılması istiqamətində addımlar atılır: "2023-cü ildə Nazirlər Kabinetinin təsdiq etdiyi qərarla yaşayış sahəsi ümumi sahə ilə əvəzlənib. Bu addım gəlirlərin müəyyən qədər artmasına imkan verib, belə ki, bu qərar bizə təxminən 2 milyona yaxın əlavə gəlir gətirdi. 2025-ci il yanvarın 1-dən tariflər 30 qəpik civarında müəyyən olunub. Bu da gəlirlərin iki dəfə artımı deməkdir. İstənilən istilik təchizatı obyektinin “Azəristiliktəchizat”ın balansına verilməsi əlavə xərc olmaqla yanaşı, əlavə subsidiya da tələb edir".


"Kommunal təsərrüfata rəhbərlik edən belə bir dövlət qurumu yaradılsın"

Millət vəkili Rövşən Muradov bildirib ki, kombi sistemi ləğv olunmalı, idarəçilik MTK-lardan alınmalıdır: "Yeni tikilən binalarda sərt qaydalar olmalı, “Azərisitiliktəchizat” ASC-nin icazəsi olmadan bina tikintisinə başlanılmamalıdır. 2005-ci ildən tikilən binaların hamısında qazanxana mövcuddur. Çünki “Azəristiliktəchizat” yaradılanda bu, tələb kimi qoyulmuşdu və Fövqəladə Hallar Nazirliyi məsələyə ciddi nəzarət edirdi. Biz 15 ildir binada yaşayırıq, orda heç bir təmir işi getmir. Hər kəs özünə kombi sistemi qurub. Bu, israfçılıqdır, əziyyətdir. Nə qədər yanğınlar, partlayışlar olur. Ona görə də qanun layihəsinə əlavə olunmalıdır ki, bütün kombi sistemi ləğv olunsun.  Bundan başqa, bina tikən MTK-ların əlindən idarəçilik alınsın. Arzu edərdim ki, kommunal təsərrüfata rəhbərlik edən belə bir dövlət qurumu yaradılsın. İnsanların taleyini işbazlara həvalə etməyin. Binanı tikirlər, 15 il keçir, liftdə təmir yox. Yaşlı insanlar 12-ci mərtəbəyə piyada qalxır".


"Yeni tikilən binalarda mərkəzi istilik sistemi tələb kimi qoyulmalıdır"

Millət vəkili Naqif Həmzəyev deyib ki, qanunda texniki standartların yenilənməsi ehtiyacı var. Onun sözlərinə görə, köhnəlmiş infrastruktur üçün müasir tələblərin tam müəyyən edilmədiyini görünür: "Binanın izolyasiyası ilə bağlı da qanunda sərt qaydalar, tələblər qoyulmalıdır. Alternativ və bərpaolunan enerji ilə bağlı kifayət qədər qanun qəbul etmişik, istilik sistemlərində də bunu təşviq etməliyik. Uzun illər tikintidə pərakəndəlik oldu, yeni tikilən binalarda istilik sistemləri quraşdırılmadı. Yeni tikilən binalarda mərkəzi istilik sistemi tələb kimi qoyulmalıdır. Çünki yeni binalarda MTK-lar at oynadır, sakinlərə müstəqillik vermir, sakinlər orada kirayəçi kimi qalır. Digər problem satışda olan, tələblərə cavab verməyən çox sayda kombi sistemləri ilə bağlıdır. Onlar standartlara cavab vermir, qazda sərfiyyat çox yüksək olur. İstilik avadanlıqlarına nəzarət gücləndirilməlidir. Bu istilik avadanlıqları hansısa yollarla gömrükdən keçir, evlərə yol tapır. Standartlara cavab verməyən istilik avadanlıqlarının gömrükdən keçməsinə icazə verilməməli, nəzarət gücləndirilməlidir".


"Qanun yeni tikilən binalardakı problemlərin həllinə kömək edəcək"

Millət vəkili Fatma Yıldırım deyib ki, qanun yeni binaların istilik təchizatı ilə üzləşdiyi problemlərin həllinə kömək edəcək: “Yeni qanunun qəbulunda məqsəd istilik enerjisinin istehsalından, paylanmasından, satışından və istehlakından irəli gələn iqtisadi münasibətlərin hüquqi əsaslarını tənzimləməkdir. Eləcə də, bu qanunla istilik təchizatı sahəsinin tənzimlənməsində dövlət orqanlarının və tənzimləyicinin səlahiyyətləri, istilik təchizatı subyektlərinin hüquq və vəzifələri müəyyən ediləcək. Digər tərəfdən isə düşünürəm ki, qanunun qəbulu gələcəkdə istehlakçıların istilik enerjisi təchizatının keyfiyyətini də yüksəldəcək. Düşünürəm ki, yeni qanun istehlakçıların etibarlı və təhlükəsiz enerji ilə təchiz edilməsi kimi vacib vəzifələrin yerinə yetirilməsi üçün mühüm hüquqi baza olacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:234
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Aprel 2025 19:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see510

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see481

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see294

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see273

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see267

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see264

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see255

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see255

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see253

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see248

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see244

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see232

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see229

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see228

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see221

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see220

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see208

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see204

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see202

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri