Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir. Donald Tramp ikinci dəfə ABŞ prezident seçkilərinin qalibi oldu.
Daha 4 il hakimiyyətdə qalmaqallı açıqlamaları ilə seçilən iş adamı olacaq.
Tramp seçkidən əvvəl yenə müharibələrin, eyni zamanda miqrant axınının əleyhinə olduğunu dilə gətirmişdi.
Respublikaçılar Partiyasının nümayəndəsinin dövründə bir çox məsələyə fərqli yanaşma müşahidə edilə bilər.
Hər halda qarşıdakı 4 illə bağlı müxtəlif gözləntilər var. Siyasət adamlarından birinin dediyi kimi, ABŞ "asqıranda" bütün dünya "xəstələnir
Bu mənada okeanın o tayında baş verənlərdən gözləntilərin olması təbiidir.
Bizimyol.info xəbər verir ki, Trampın seçilməsi hər şeydən əvvəl valyuta bazarına təsir göstərib.
Dollar güclənib, avro isə zəifləməyə başlayıb. Bizim üçün daha çox neft bazarı ilə bağlı proqnozlar maraqlıdır.