Icma.az
close
up
RU
Yenidən prezident seçilən Trampın dövründə neftin qiymətinin artmasını nə dərəcədə gözləmək olar?

Yenidən prezident seçilən Trampın dövründə neftin qiymətinin artmasını nə dərəcədə gözləmək olar?

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Donald Tramp ikinci dəfə ABŞ prezident seçkilərinin qalibi oldu. Daha 4 il hakimiyyətdə qalmaqallı açıqlamaları ilə seçilən iş adamı olacaq. Tramp seçkidən əvvəl yenə müharibələrin, eyni zamanda miqrant axınının əleyhinə olduğunu dilə gətirmişdi. Respublikaçılar Partiyasının nümayəndəsinin dövründə bir çox məsələyə fərqli yanaşma müşahidə edilə bilər. Hər halda qarşıdakı 4 illə bağlı müxtəlif gözləntilər var. Siyasət adamlarından birinin dediyi kimi, ABŞ "asqıranda" bütün dünya "xəstələnir". Bu mənada okeanın o tayında baş verənlərdən gözləntilərin olması təbiidir.

Bizimyol.info xəbər verir ki, Trampın seçilməsi hər şeydən əvvəl valyuta bazarına təsir göstərib. Dollar güclənib, avro isə zəifləməyə başlayıb. Bizim üçün daha çox neft bazarı ilə bağlı proqnozlar maraqlıdır. Belə fikir var ki, respublikaçıların hakimiyyəti dövründə enerji bazarında ucuzlaşma qeydə alınır. İqtisadçı Rövşən Ağayev bu fikirlə müəyyən mənada razılaşır. O, oğul Buşun dönəmindən başqa, bütün dövrlərdə ucuzlaşma olduğunu xatırladır.

Həqiqətən də, kiçik Corc Buşun prezidentliyi dövründə tarixin ən yüksək neft qiymətləri rəsmiləşmişdi. Onda Azərbaycan neftinin barelini 149 dollara satmağı bacarmışdı. Respublikaçıların başqa dövrlərində isə ucuzlaşma nəzərə çarpıb. Trampın əvvəlki prezidentliyi dövrü neft bazarı üçün ağır keçmişdi. Qiymət 48-60 dollar arası var-gəl etmişdi. Neft ölkələri üçün ürəkaçan illər olmamışdı. Demokratların hakimiyyəti illərində qiymət, adətən, yüksək olur. Məsələn, 2009-2016-cı illərdə neft 60 dollardan ucuz satılmayıb. Qiymətin 110 dollara çatdığı günlər olub.

Bəs bu dəfə nə gözləyək? Hesab edirik ki, neft yenə çox baha satılmayacaq. Burada Tramp amili də az rol oynamır. İş adamı müharibələrin əleyhinədir. O, hətta Ukraynada döyüşləri dayandırmaqda israrlıdır. Məlumdur ki, məhz böyük müharibələr neftin qiymətini yüksəkdə tutur.

Azərbaycanda Trampın seçilməsinə sevinənlər az olmasa da, bizim üçün iqtisadi planda elə uğurlu variant deyil. Ölkə iqtisadiyyatı neft ixracından çox asılıdır. Bizə daha çox bu məhsulun baha satılması sərf edir. Xüsusilə, iqtisadiyyatın tənəzzül yaşadığı mərhələdə.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Noyabr 2024 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see293

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see165

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see164

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see145

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see143

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see140

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see137

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see136

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see135

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see131

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see131

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see128

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see128

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri