Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Şəkər endokrinoloji xəstəlik olub, insanlarda həm edogen, həm də ekzogen səbəblərdən dolayı yaranır".
Bu barədə Sherg.az-a Azərbaycanda şəkər xəstəsi olan uşaqların sayının artmasından danışarkən tibb və fəlsəfə üzrə fəlsəfə doktoru, həkim Şəmsiyyə Namazlı bildirib.
Onun sözlərinə görə, şəkərli diabet xəstəliyinə birdəfəlik son qoymaq mümkün deyil: "Çünki bu xəstəlik insan daxilindəki vəzlər pozulduğuna görə yaranır.
Yəni qidalanmanın pozulması, yaşam çətinlikləri, ekoloji tarazlığın pozulması və s. kimi çoxsaylı faktorlar bunu qaçılmaz xəstəliyə çevirib.
Bəzən bu xəstəlik insanda anadangəlmə olur. Bu da ananın hamiləlik dövründən başlayan bir prosesdir.
Hamiləlik müddətində ananın qeyri-sabit qidalanması, karbonhidratlardan çox istifadə etməsi bu xəstəliyin əsas səbəblərindən biridir.
Uşaq doğularkən onun çəkisinin çox olması ortaya xoşagəlməz fikirlər çıxarır.