Icma.az
close
up
RU
Yenidoğulmuş uşağın çəkisinin çox olması təhlükəlidir

Yenidoğulmuş uşağın çəkisinin çox olması təhlükəlidir

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Şəkər endokrinoloji xəstəlik olub, insanlarda həm edogen, həm də ekzogen səbəblərdən dolayı yaranır".

Bu barədə Sherg.az-a Azərbaycanda şəkər xəstəsi olan uşaqların sayının artmasından danışarkən tibb və fəlsəfə üzrə fəlsəfə doktoru, həkim Şəmsiyyə Namazlı bildirib.

Onun sözlərinə görə, şəkərli diabet xəstəliyinə birdəfəlik son qoymaq mümkün deyil:

"Çünki bu xəstəlik insan daxilindəki vəzlər pozulduğuna görə yaranır. Yəni qidalanmanın pozulması, yaşam çətinlikləri, ekoloji tarazlığın pozulması və s. kimi çoxsaylı faktorlar bunu qaçılmaz xəstəliyə çevirib.

Bəzən bu xəstəlik insanda anadangəlmə olur. Bu da ananın hamiləlik dövründən başlayan bir prosesdir. Hamiləlik müddətində ananın qeyri-sabit qidalanması, karbonhidratlardan çox istifadə etməsi bu xəstəliyin əsas səbəblərindən biridir.

Uşaq doğularkən onun çəkisinin çox olması ortaya xoşagəlməz fikirlər çıxarır. Gələcəkdə həm ana, həm də uşaq diabet xəstəliyinin daşıyıcısı ola bilər.

Bu kimi faktorları əsas götürdükdə şəkərli diabet xəstəliyi irsi rol oynayır. Lakin bu insanlarda təlaş yaratmamalıdır. "Diabet anamda olub, məndə də olacaq” kimi fikirlər yanlışdır. Bu cür amillər gələcəkdə müəyyən qədər rol oynadığı üçün biz bunu dəyərləndiririk.

Ona görə də o riskləri hər zaman nəzərə alaraq müntəzəm olaraq onlara məsləhət kursu yazarıq. Profilaktik tətbirlər təşkil edərək maneələrin keçilməsi, müəyyən tədbirlərin görülməsini tövsiyə edirik. Ona görə də burada ilk öncə düşünülmüş addımların atılması daha məqsədəuyğundur".

Həmçinin Ş.Namazlı hesab edir ki, şəkərli diabet xəstəliyinin yaranmasında birmənalı olaraq qidalanma faktoru əsas rol oynayır. İnsanlar fiziki aktivlikdən uzaq düşdükdə, qidalanma rasionunu pozduqda, evdə, işdə məişət problemləri artdıqda bu xəstəlik hərəkətlənməyə başlayır:

"Passiv həyat tərzi keçirdikdə artıq biz şəkərli diabet xəstəliyini oyandırmış, hərəkətli aktiv yaşadıqda isə onu nəzarətə almış oluruq. Eyni zamanda xəstəliyin müalicəsində vaxtında müayinə olunmaq əsas rol oynayır. İnsanlar heç olmasa ildə bir dəfə həkim nəzarətində olmalıdır. Bu zaman xəstəlik ağır formaya keçmədən ona müdxilə edərək təsirlərini azalda bilmək mümkün olar.

Təəssüflər olsun ki, insanlar çox ağır formada həkim müayinəsinə gəlirlər. Artıq o zaman bu fəsadlarla nəticələnir. Onda da müalicələr dərinləşməsi, daha çox kimyavi dərmanların yazılışları artması, digər orqanlarda çatışmamazlıq və.s kimi bir çox mənfi halla qarşılaşırıq. Ona görə də sadaladığım faktorlara əməl olunmasa, insanların özünün özünə münasibəti dəyişməsə, bu xəstəlik daha çox artacaq”.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:202
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 02:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see339

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see338

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see332

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see302

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see293

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see292

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see266

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see265

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see254

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see248

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see235

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see233

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see232

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see227

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see226

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see222

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see219

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see216

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see204

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri