Yeniyetmələr arasında cinayətlər artır: səbəb bu imiş Açıqlama | Icma.az
Icma.az bildirir, GlobalInfo portalına istinadən. Son zamanlar yeniyetmələr arasında cinayət hallarının artımı müşahidə edilir.
Əksəriyyət düşünür ki, buna səbəb aqressiv oyun və filmlər ola bilər.
Bildirilir ki, məhz bunlar gənclərin psixologiyasının pozulmasına gətirib çıxarır.
Globalinfo.az-a danışan psixoloq Nizami Orucov deyib ki, deyilənlərdə müəyyən həqiqət payı var: “Amma məsələni yalnız aqressiv oyunlar və filmlərlə izah etmək düzgün olmaz.
Yeniyetməlik dövrü həyatın ən həssas mərhələsidir. Bu yaşda beyin hələ tam formalaşmayıb, xüsusilə də özünüidarəetmə ilə bağlı beyin mərkəzl
Nəticədə gənclər daha emosional, impulsiv və təsir altına düşməyə meyilli olurlar.
Belə vəziyyətdə gördükləri hər bir davranış – istər oyunda, istər filmdə, istərsə də real həyatda – onlar üçün modelə çevrilə bilər”.
Nizami Orucov Psixoloqun sözlərinə görə, aqressiv oyun və filmlərin yeniyetmələrdə “emosional uyuşma” yaratması mümkündür: “Yəni zorakılığı dəfələrlə gördükdə, beyin buna qarşı əvvəlki kimi reaksiya vermir və bu, empatiya hissinin azalmasına gətirib çıxarır.
Tam oxu
Xəbəri oxu