Icma.az
close
up
RU
Yeniyetmələr arasında cinayətlər artır: səbəb bu imiş Açıqlama

Yeniyetmələr arasında cinayətlər artır: səbəb bu imiş Açıqlama

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Son zamanlar yeniyetmələr arasında cinayət hallarının artımı müşahidə edilir. Əksəriyyət düşünür ki, buna səbəb aqressiv oyun və filmlər ola bilər. Bildirilir ki, məhz bunlar gənclərin psixologiyasının pozulmasına gətirib çıxarır. 

Globalinfo.az-a danışan psixoloq Nizami Orucov deyib ki, deyilənlərdə müəyyən həqiqət payı var:

“Amma məsələni yalnız aqressiv oyunlar və filmlərlə izah etmək düzgün olmaz. Yeniyetməlik dövrü həyatın ən həssas mərhələsidir. Bu yaşda beyin hələ tam formalaşmayıb, xüsusilə də özünüidarəetmə ilə bağlı beyin mərkəzləri yetkin deyil. Nəticədə gənclər daha emosional, impulsiv və təsir altına düşməyə meyilli olurlar. Belə vəziyyətdə gördükləri hər bir davranış – istər oyunda, istər filmdə, istərsə də real həyatda – onlar üçün modelə çevrilə bilər”.

Nizami Orucov

Psixoloqun sözlərinə görə, aqressiv oyun və filmlərin yeniyetmələrdə “emosional uyuşma” yaratması mümkündür:

“Yəni zorakılığı dəfələrlə gördükdə, beyin buna qarşı əvvəlki kimi reaksiya vermir və bu, empatiya hissinin azalmasına gətirib çıxarır. Zamanla gənc üçün aqressiv davranış adi hala çevrilir. Xüsusilə ailə nəzarəti, emosional yaxınlıq və sağlam ünsiyyət zəifdirsə, bu təsirlər daha da güclənir. Amma yeniyetməni cinayətə aparan əsas səbəb oyun və film deyil, ailədəki laqeydlik, diqqət çatışmazlığı və dəyərlər sisteminin boşluğudur. Əgər gənc ailəsində sevgi, sərhədlər və dəyərlər görmürsə, o zaman kimdən və haradan davranış nümunəsi götürəcəyini özü seçir. Bu, əksər hallar yanlış mənbələrdən olur”.

Nizami Orucovun fikrincə, problemin həlli film və oyunları qadağan etməkdə deyil, uşağın daxili dünyasına təsir göstərməkdədir:

“Valideyn övladı ilə ünsiyyət qurmalı, dinləməli, duyğularını başa düşməli və həyatdakı çətinlikləri bölüşməlidir. Belə olan halda, heç bir oyun və film onu cinayətə, zorakılığa və mənfi davranışlara yönəldə bilməz”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Oktyabr 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri