Yeniyetmələrdə səpki problemi normaldır, xüsusi prosedura ehtiyac yoxdur MÜSAHİBƏ | Icma.a…
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gözəllik və estetik sahəsində Türkiyədə uzun illərdir fəaliyyət göstərən mütəxəssis Dilek Nazan Dalkılç, qadınların özlərini daha yaxşı hiss etməsinə, dəri sağlamlığının qorunmasına və bu sahədə doğru məlumatların paylaşılmasına töhfə verən peşəkar adlardan biridir.
Estetik prosedurlar, dəriyə qulluq və kosmetik sahədə təcrübəli mütəxəssis Nazan Dalkılç Modern.az-a verdiyi müsahibədə gözəllik anlayışına, estetik trendlərə yanaşmasına və Azərbaycan təəssüratlarını bölüşüb.
Müsahibəni təqdim edirik: - Hazırda Türkiyədə və dünyada hansı gözəllik trendləri önə çıxır?
- Hazırda üz gərmə əməliyyatları ən çox trenddə olan və yayğın istifadə edilən prosedurdur.
Bunu müəyyən yaşlarda – dəridə qırışıqlıq çox olan zaman istifadə edilməsi tövsiyə olunur. Üz dərisinin qırışmasının 3 əsas səbəbi var.
Əsas faktor genetikdir, ikincisi üz dərimizə düzgün qulluq etməmək və həddindən artıq prosedurlar etmək, son olaraq isə tamamilə nə yediyimizdən aslıdır.
Buna görə də dərimizin daha cavan qalmasını istəyiriksə, üz baxımı və nə yeyəcəyimizə diqqət etməliyik.
Tam oxu
Xəbəri oxu