Bakivaxti saytına istinadən Icma.az xəbər verir. Miçiqan Dövlət Universitetinin alimləri Yerin "kritik zonasında" əvvəllər məlum olmayan mik
Bu mikroblar Yerin "kritik zonası" adlandırılan ağacların zirvəsindən başlayaraq təxminən 200 metr dərinliyə qədər uzanan ekosistem qatında
Araşdırmalara görə, CSP1-3 mikroorqanizmlərinin əcdadları milyonlarla il əvvəl isti bulaqlarda və şirin sularda yaşayıb.
Zaman keçdikcə isə quruya – əvvəlcə səthi torpağa, daha sonra isə dərin qatlara uyğunlaşıblar.DNT analizləri göstərib ki, CSP1-3 mikrobları hələ də aktiv şəkildə çoxalmaqda davam edir.
Hətta bəzi torpaq nümunələrində bu mikrob ailəsinin torpaq mikrobiotasının 50%-dən çoxunu təşkil etdiyi müşahidə olunub.Professor Tiedjenin sözlərinə görə, dərin torpaq təbəqələri səthi torpaqdan çox fərqlidir və bu mikroorqanizmlər zamanla qida çatışmazlığı və digər ekstremal şərtlərə uyğunlaşma qabiliyyəti qazanıblar.Tədqiqatçılar bildirirlər ki, torpaq təbiətin ən böyük su filtridir.
Yağış suları torpaq qatlarından süzülərkən fiziki, kimyəvi və bioloji proseslərlə təmizlənir.
CSP1-3 mikrobları isə bu prosesdə xüsusi rol oynayır – onlar karbon və azot komponentlərini parçalayaraq suların təmizlənməsinə töhfə verirlər.Professor Tiedje bu prosesi belə izah edir: “CSP1-3 təmizləyici kimi fəaliyyət göstərir, səthdən torpağa sızan çirkləndiriciləri zərərsizləşdirir”.Hazırda alimlər bu mikrobları laboratoriya şəraitində becərmək üzərində çalışırlar.
Lakin bu, heç də asan deyil. Çünki dərin torpağın təbii mühitini süni şəraitdə yaratmaq olduqca mürəkkəbdir.Tiedje və komandası bu mikroorqa