Icma.az
close
up
RU
Yeraltı sirr: Yerin dərinliklərində yeni mikrob ailəsi aşkar edildi

Yeraltı sirr: Yerin dərinliklərində yeni mikrob ailəsi aşkar edildi

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Miçiqan Dövlət Universitetinin alimləri Yerin "kritik zonasında" əvvəllər məlum olmayan mikroorqanizmlər ailəsi aşkarlayıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu kəşf ekoloji tarazlıq və suyun təmizlənməsi sahəsində yeni imkanların qapısını aça bilər.

Dünyanın müxtəlif bölgələrindən – ABŞ-nin Ayova ştatından və Çindən toplanan dərin torpaq nümunələrinin təhlili nəticəsində elm adamları “CSP1-3” adlı yeni mikrob filumunu müəyyən ediblər. Bu mikroblar Yerin "kritik zonası" adlandırılan ağacların zirvəsindən başlayaraq təxminən 200 metr dərinliyə qədər uzanan ekosistem qatında yaşayır.

Mikrobiologiya professoru James Tiedjenin rəhbərlik etdiyi tədqiqat qrupu bu mikrob ailəsinin qədim mənşəyə sahib olduğunu üzə çıxarıb. Araşdırmalara görə, CSP1-3 mikroorqanizmlərinin əcdadları milyonlarla il əvvəl isti bulaqlarda və şirin sularda yaşayıb. Zaman keçdikcə isə quruya – əvvəlcə səthi torpağa, daha sonra isə dərin qatlara uyğunlaşıblar.

DNT analizləri göstərib ki, CSP1-3 mikrobları hələ də aktiv şəkildə çoxalmaqda davam edir. Hətta bəzi torpaq nümunələrində bu mikrob ailəsinin torpaq mikrobiotasının 50%-dən çoxunu təşkil etdiyi müşahidə olunub.

Professor Tiedjenin sözlərinə görə, dərin torpaq təbəqələri səthi torpaqdan çox fərqlidir və bu mikroorqanizmlər zamanla qida çatışmazlığı və digər ekstremal şərtlərə uyğunlaşma qabiliyyəti qazanıblar.

Tədqiqatçılar bildirirlər ki, torpaq təbiətin ən böyük su filtridir. Yağış suları torpaq qatlarından süzülərkən fiziki, kimyəvi və bioloji proseslərlə təmizlənir. CSP1-3 mikrobları isə bu prosesdə xüsusi rol oynayır – onlar karbon və azot komponentlərini parçalayaraq suların təmizlənməsinə töhfə verirlər.

Professor Tiedje bu prosesi belə izah edir: “CSP1-3 təmizləyici kimi fəaliyyət göstərir, səthdən torpağa sızan çirkləndiriciləri zərərsizləşdirir”.

Hazırda alimlər bu mikrobları laboratoriya şəraitində becərmək üzərində çalışırlar. Lakin bu, heç də asan deyil. Çünki dərin torpağın təbii mühitini süni şəraitdə yaratmaq olduqca mürəkkəbdir.

Tiedje və komandası bu mikroorqanizmlərin ilkin yaşadığı isti bulaq şəraitini təqlid etməyə çalışır. Əgər bu proses uğurlu olarsa, mikrobun genetik xüsusiyyətləri daha dərindən araşdırılacaq və çirkləndiriciləri parçalama qabiliyyəti biotexnologiya sahəsində istifadə oluna biləcək.

Sonda professor Tiedje əlavə edib ki, bu mikroorqanizmlər haqqında hələ bilmədiyimiz çox şey var. Amma onların potensialını anlaya bilsək, ekoloji problemlərin həllində yeni yollar aça bilərik.

Nuriyyə Musayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:224
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 10 Aprel 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri