Qaynarinfo saytına istinadən Icma.az xəbər verir. Yeraltı suların təkrar bərpası üçün tədbirlər planı hazırlanacaq.
Mütəxəssislər hesab edirlər ki, bu sahədə ciddi monitorinqlərə ehtiyac var.
Azərbaycanın yeraltı sularının həcminin müəyyənləşdirilməsi üçün xaricdən mütəxəssislər cəlb olunub.
Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) rəsmisi İlham Quliyev deyib.
"Bu dəqiqləşmə aparılıb hesabat təqdim olunduqdan sonra yeraltı suların təkrar bərpası üçün tədbirlər planı hazırlanacaq”, - deyə İ.Quliyev əlavə edib.
Bu tədbirlər planını zəruri edən nədir? Yeraltı sularımızla bağlı hansı problemlər mövcuddur?
ADSEA-nın "Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu"nun mütəxəssisi, aparıcı mühəndis Cavid Rəhmanlının sözlərinə görə, bu addımın atılmasının əsas səbəbi bütün dünyada baş verən iqlim dəyişmələridir: "Bu məsələ daha çox Kür çayında suyun azalmasından sonra aktuallaşdı.
Çünki Kür Azərbaycanın ən böyük su kütləsinə sahib çayıdır. Bu səbəbdən də həyəcan təbili çalmalı olduq.