Icma.az
close
up
RU
Yeraltı su ehtiyatlarımız da tükənir?

Yeraltı su ehtiyatlarımız da tükənir?

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Yeraltı suların təkrar bərpası üçün tədbirlər planı hazırlanacaq. Mütəxəssislər hesab edirlər ki, bu sahədə ciddi monitorinqlərə ehtiyac var. 

Azərbaycanın yeraltı sularının həcminin müəyyənləşdirilməsi üçün xaricdən mütəxəssislər cəlb olunub. Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) rəsmisi İlham Quliyev deyib. "Bu dəqiqləşmə aparılıb hesabat təqdim olunduqdan sonra yeraltı suların təkrar bərpası üçün tədbirlər planı hazırlanacaq”, - deyə İ.Quliyev əlavə edib. 

Bu tədbirlər planını zəruri edən nədir? Yeraltı sularımızla bağlı hansı problemlər mövcuddur?

ADSEA-nın "Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu"nun mütəxəssisi, aparıcı mühəndis Cavid Rəhmanlının sözlərinə görə, bu addımın atılmasının əsas səbəbi bütün dünyada baş verən iqlim dəyişmələridir: "Bu məsələ daha çox Kür çayında suyun azalmasından sonra aktuallaşdı. Çünki Kür Azərbaycanın ən böyük su kütləsinə sahib çayıdır. Bu səbəbdən də həyəcan təbili çalmalı olduq. Həmçinin bulaqların, buzlaqların həcminin azalması belə tədbirlərə əl atmağı zəruri etdi”. 

Mütəxəssis yeraltı sularımızın çirklənməsindən də bəhs etdi: "Yeraltı sularda çirklənmə daha çox obyektlərin, zavodların ərazisində baş verir. Onların buraxdığı tullantıların laylara axması, torpağı çirkləndirməsi yeraltı sulara da təsir edir. Həmçinin yeraltı sulardan kənd təsərrüfatında istifadə olunur ki, buna da nəzarət olunmalıdır. İsrafın qarşısını almağa çalışmalıyıq”. 

C.Rəhmanlı bildirdi ki, işğal olunmuş torpaqlarımız azad edildikdən sonra su ehtiyatlarımız da artmış oldu: "Çünki Azərbaycanın yeraltı su ehtiyatlarına görə Qarabağ ilk sıralardadır. Qarabağda formalaşan yeraltı sulardan bu gün də istifadə olunur. Yeni artezian quyuları qazılır və istismar olunmağa başlayıb”.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyevin sözlərinə görə, ölkəmizdə olan yeraltı su ehtiyatlarının təkcə həcmi yox, həm də keyfiyyəti nəzərə alınmalıdır: "Yeraltı sularımızda keçən əsrlərdə müşahidə olunan qalxmalar nəticəsində dəniz heyvanlarının cəsədləri məhv olub, suya qarışıb. Bu mənada Balakəndən Şamaxıya qədər olan əraziləri qeyd etmək olar. El dilində o sulara cod su deyirik. Yeraltı sularımız düzənlik ərazilərimizdə, məsələn Kür-Araz ovalığında, Gəncə-Qarabağ ərazisində kütləvi şəkildə kənd təsərrüfatı üçün istifadə edilib. Müxtəlif gübrələr və başqa mikro-elementlər torpağa qarışıb. Bu maddələr ion şəklində suya hopa bilər. Bu sulardan istifadə zamanı ehtiyatlı olmalıyıq. Samur-Dəvəçi ovalığından başlamış Qusar maili düzənliyinə qədər 30 milyard ton su ehtiyatımız mövcuddur. Naxçıvan, Qazax, Tovuz və Füzuliyə qədər ərazilərdə isə vulkan püskürmələrindən sonra suların tərkibi dəyişdi və mineral sular meydana gəldi. Həmin ərazilərdə 360-a yaxın kəhrizimiz mövcuddur”. 

Ekoloqun fikrincə, hazırda yeraltı sularımızda azalma kimi hallar yoxdur: "Ölkəmiz hazırda yağıntılı dövrü yaşayır. O səbəbdən yeraltı sularımızda heç biri quruma mövcud deyil. Bu da gələcəkdə yeraltı su ehtiyatımızın mənbəyinin artmasından xəbər verir. Amma əvvəlki dövrlərdə qar ehtiyatımız az olurdu, çaylar, göllərimiz quruyurdu. İndi elə problemimiz yoxdur”.  

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq alim Telman Zeynalov da düşünür ki, yeraltı sularla bağlı heç bir problemimiz yoxdur: "Yalnız o ola bilər ki, yeraltı suların miqdarı azalsın. Bu da yağıntılardan asılıdır. Dağlıq ərazilərdə həmişə yağıntı olur. Bizim ölkəmiz də yetəri qədər dağla əhatələnib. Qış vaxtı qar yağır. Hətta yay aylarında da rayonlarda yağışlar yağır. Yağıntılar nəticəsində yeraltı sular təmin olunur. Yetəri qədər artezian quyularımız mövcuddur”. 

"Sağlam həyata doğru” İctimai Birliyinin üzvü, su məsələləri üzrə ekspert Rövşən Abbasov isə bildirdi ki, Azərbaycanda yeraltı suların monitorinqinin gücləndirilməsi üçün yerli institutların potensialının artırılmasına çox ehtiyac var: "Bu istiqamətdə mütəxəssis hazırlığının yaxşılaşdırılmasını, həmçinin yerli mütəxəssislərin potensialının gücləndirilməsinin vacib olduğunu hesab edirəm”. 

R.Abbasovun sözlərinə görə, yeraltı suların özbaşına çıxarılmasının qarşısı alınmalıdır: "Yeraltı suların monitorinqinin yaxşılaşdırılmasına ehtiyac var. Çünki bizdə demək olar ki, 90-cı illərdən etibarən yeraltı suların kompleks qiymətləndirilməsi hələ də aparılmayıb. Həmçinin yeraltı suların çıxarılması ilə bağlı problemlər mövcuddur. Bir çox yerlərdə yeraltı suların özbaşına çıxarılması üçün həm fermerlər, həm də əhali tərəfindən quyular qazılır. Bu quyuların qazılması üçün heç bir icazə alınmır. Qrunt sularından sərbəst istifadə etmək olar. Amma artezian quyular qazılarkən mütləq müvafiq icazələr alınmalıdır. Bu da ancaq xüsusi və müstəsna hallarda mümkündür. Tez-tez eşidirik ki, kimsə haradasa artezian quyusu vurdurur. Bu, yolverilməz bir haldır. Çalışmaq lazımdır ki, gələcəkdə yeraltı suların çıxarılması azaldılsın. Bu, həm dövlət səviyyəsində, həm də özbaşına qazılan quyulara aiddir”. 

Açıqlanan son statitik məlumatlara əsasən, Azərbaycanın yeraltı şirin su ehtiyatları təxminən 10 milyard kubmetrdən 8 milyarda düşüb. Bu barədə ADSEA yanında fəaliyyət göstərən Su İstifadəsinə və Mühafizasinə Dövlət Nəzarəti Xidmətinin şöbə müdiri Rafik Verdiyev məlumat verib. Onun sözlərinə görə, hazırda Azərbaycanın 8,4 milyard kubmetr həcmində yeraltı şirin su ehtiyatı mövcuddur: "Bununla da ölkənin bərpa olunan şirin su ehtiyatları 26,2 milyard kubmetrə çatır. Lakin təbii mənbələrdən götürülən suyun 25 faizi itkiyə gedir". ("Kaspi" qəzeti)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Sentyabr 2025 22:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see236

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see230

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see221

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see220

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see218

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see218

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see215

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see209

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see209

PISA da “Sinqapur sindromu” Şəmil Sadiq yazır

11 Sentyabr 2026 01:22see198

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see192

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see191

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see188

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see183

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see182

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see181

Trampdan İran bəyanatı Qərarından peşman deyil

11 Sentyabr 2026 04:09see179

Payızda orqanizmə güc verən 3 MƏHSUL

11 Sentyabr 2026 04:56see176

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see175

Kosta Rikanın 119 yaşlı sakini dünyanın ən yaşlı insanı kimi tanınmağa çalışır

11 Sentyabr 2026 00:04see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri