Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanda 2026-cı ildən etibarən illik 200–250 elektrik mühərrikli avtobusun istehsalı planlaşdırılır.
Bu barədə Prezident İlham Əliyevin Sərəncamı təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında deyilir.
Dövlət Proqramında bildirilir ki, ictimai nəqliyyatda xidmət keyfiyyətinin yüksəldilməsi və sərnişin təhlükəsizliyinin təmin edilməsi məqsədilə avtobus parkının modernləşdirilməsi əsas prioritetlərdən biri olaraq qalır.
Bəs görəsən, yerli istehsal elektrobuslar daxili bazarın tələblərini qarşılaya biləcəkmi?
Həmin nəqliyyat vasitələrinin xarici ölkələrə ixracı nəzərdə tutulurmu?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı "Yenisabah"a danışan Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli bildirib ki, bu elektrobusların xaricə ixracı real görünmür: “Ümumiyyətlə burada yanaşma 2 cür olmalıdır.
Birincisi daxili bazardakı ehtiyacların ödənilməsi üçün nəzərdə tutulan, ikincisi isə xarici bazara idxal məqsədli istehsaldır.